Yuxarı

"Bu ölüm işləri parlamentin gündəminə çıxarılacaq"

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmənin son qərarı məsuliyyət hissinin nə demək olduğunu dərk etməyən həkimlərə çox mühüm bir xəbərdarlıqdır.

Bu sözləri Axar.az-a açıqlamasında BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümünə səbəb olmuş anestezioloq Firuz İbrahimovla bağlı Bakı Apelyasiya Məhkəməsinin qərarına münasibət bildirərkən millət vəkili Qənirə Paşayeva deyib. O, Azərbaycan məhkəməsinin haqq və ədaləti özündə ehtiva edən bu qərarından məmnunluğunu ifadə edib:

"Azyaşlı övladları olan gənc bir ananın həyatını itirməsi çox üzücü bir haldır. Bu qərarla Elnarə xanımı həyata qaytarmaq mümkün olmasa da, ədalətin öz yerini tapması bir ailə üçün çox önəmli idi. İnsanlar pozulan hüquqları ilə bağlı məhkəmələrə müraciət etdiyi zaman onların tapdalanan haqlarının bərpası olduqca vacibdir. Məhkəmənin son qərarı məsuliyyət hissinin nə demək olduğunu dərk etməyən həkimlərə çox mühüm bir xəbərdarlıqdır. Çünki birbaşa insanların həyatı ilə təmasda olan bir peşənin məsuliyyəti ən üst səviyyədə olmalıdır. Zənnimcə, işini bilməyən, peşəkarlıqdan uzaq olan belə həkimlər digər həmkarlarının adına, peşəsinə kölgə saldıqlarından onlar bu fəaliyyətlərindən uzaqlaşdırılmalı, layiqli cəzalarını almalıdırlar. Bu qərar ölkə səhiyyəsinə çox ciddi bir mesajdır. Mesaj isə ondan ibarətdir ki, sırf həkim səhlənkarlığı üzündən eyni tipli hadisələr təkrarlanarsa, insanlar bu işin arxasınca sona qədər gedəcəklər. Nəinki ictimaiyyətin, daim ölkə mediasının da diqqət mərkəzində olan bu məsələ ilə bağlı məhkəmənin sözügedən qərarı onlar tərəfindən də çox müsbət qiymətləndirilir".

Q.Paşayeva gələcəkdə sırf həkim səhlənkarlığı ucbatından baş verən ölüm hallarının qarşısının alınması baxımından cəza müddətinin artırılması məsələsinə də toxunub:

"Qanunvericilikdə, Cinayət Məcəlləsində bu kimi məsələlərlə bağlı bütün detallar öz əksini tapıb. Ancaq pasientin hüquqları haqqında qanun parlamentin diqqət mərkəzində və gündəmində olan məsələlərdən biridir. Qanunun qəbulu yaxın gələcəkdə çox önəmli məsələlərdən birinə çevriləcək. Bu qanun tibbi sığortanın genişlənməsi ilə pararlel olaraq öz əksini taparsa, daha effektli nəticələr əldə edə bilərik. Eyni zamanda, pasientin hüquqlarının ciddi şəkildə qorunması və bəzi məsələlərin daha incə detallarınadək öz əksini tapması baxımından çox ciddi rol oynaya bilər. Bu məsələ yaxın zamanlarda parlamentin gündəminə gələcək əsas mövzulardan biri olacaq".

Qeyd edək ki, avqustun 31-də Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümünə səbəb olmuş anestezioloq Firuz İbrahimov barəsində 2,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb və o, məhkəmə zalındaca həbs edilib.

Xatırladaq ki, mərhum Elnarə Tofiqqızı 2013-cü il sentyabrın 20-də "Medi Sina" klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib.

Tarix
2015.09.04 / 10:28
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla