Yuxarı

Ekspertdən əmanəti olanlara ciddi xəbərdarlıq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sıra banklarda əmanətlərin taleyi ilə bağlı qeyri-müəyyənlik əhalinin yığımla bağlı qərarlarına ciddi təsir göstərməkdədir.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov açıqlama verib.

Ekspert bildirib ki, lisenziyası hələ də ləğv edilməyən 2 bankda əmanətçilərin öz pullarını geri almaqda çətinliklərlə üzləşməsi problemi daha da aktuallaşdırıb:

"Bir sıra bankların öhədliklərini yerinə yetirə bilməməsi bəzi vətəndaşlarımızda pullarını əmanət formasında saxlanılması ilə bağlı müəyyən tərəddüdlər yaradıb. Nəticədə, Mərkəzi Bankın rəsmi məlumatına əsasən, banklarda əgər bu il iyulun 1-ə 7 milyard 653 milyon manatlıq əmanət var idisə, bu göstərici avqustda 7 milyard 605 milyon manata, sentyabrın əvvəlində isə 7 milyard 320 milyon manatadək azalıb. Hesabat dövrü üzrə son 2 ayda əmanətlərin həcmi 333 milyon manat aşağı düşüb. Göründüyü kimi, bir sıra banklarda əmanətlərin taleyi ilə bağlı qeyri-müəyyənlik əhalinin yığımla bağlı qərarlarına ciddi təsir göstərməkdədir. Bütün bunlarla yanaşı, hətta sadəcə təhlükəsizlik baxımından vətəndaşların öz pullarını evlərində deyil, banklarda saxlaması daha məqsədəuyğundur".

İqtisadçı əmanətlərin yerləşdirilməsi zamanı diqqət yetirməli vacib qaydaları qeyd edib:

1. Pulunuzu əmanət kimi banka yerləşdirməmişdən öncə bankların internet səhifəsinə daxil olub onun illik və rüblük hesabatlarına baxmaq vacibdir. Bu hesabatlar bankın fəaliyyəti barədə potensial əmanətçidə fikir formalaşdıra bilər. Əgər mənfəət və zərərlər bölməsində pozitiv dinamika müşahidə edilirsə, o zaman həmin bankla əməkdaşlıq haqda düşünmək olar.

2. Bankın internet səhifəsində maliyyə hesabatların mütəmadi yerləşdirilməsinə diqqət yetirmək lazımdır. Öz maliyyə hesabatlarını internet səhifələrində mütəmadi yerləşdirməyən banklarda əmanətlərin yerləşdirilməsi heç bir halda tövsiyə edilmir.

3. Bankın Əmanətlərin Sığortalanması Fonduna üzvlüyünün bir daha yoxlanılması vacibdir. Doğrudur, fondun məlumatına görə, 45 bank sözügedən qurumun üzvüdür. Bununla belə, bu istiqamətdə hər hansı dəyişikliklərin baş vermədiyinə əmin olmaq üçün üzvlük statusuna baxılması vacibdir.

4. Bankda əmanət yerləşdirməmişdən öncə həmin bankla əməkdaşlıq etmiş yaxınlarınız və qohumlarınız arasında bir sorğunun keçirilməsinə ehtiyac var. Bununla da əməkdaşlıq etməyi düşündüyünüz bankda problemlərin olub-olmadığını empirik olaraq müəyyənləşdirə bilərsiniz. Çünki tanışlarınızın üzləşdiyi problemlər qərarlarınıza birbaşa təsir göstərəcək, çünki onların fikrirləri real vəziyyəti əks etdirir.

5. Bankda əmanət yerləşdirmək üçün əvvəlki 4 şərtin hər hansı birinin deyil, hamısının təmin olunması vacibdir. Əgər bu şərtlərdən hər hansı biri yoxdursa, o zaman bir daha düşünməyiniz lazımdır.

6. Bankda əmanət yerləşdirən zaman bir bankda pulunuzun 30 min manatı (və ya dollar) ötməməsi və illik depozit faizinin 12-dən çox olmamasına diqqət yetirin. Nəzərə almaq lazımdır ki, sığorta əmanətlərə deyil, əmanətçiyə görə aparılır. Nəhayət, yüksəK faiz təklif edən deyil, etibarlı bankda öz pullarınızı saxlayın".

Tarix
2015.10.12 / 11:40
Müəllif
Aygün Yusubova
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla