Yuxarı

“Volksvagen”dən tələbələrimizə şad xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev Almaniyanın Volksvagen fondunun nümayəndə heyəti ilə görüş keçirib.

AMEA-dan Axar.az-a verilən məlumata görə, İ.Quliyev Fondun Baş katibi Vilhelm Krulun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Akademik qonaqlara ölkəmizdə elmin ən müasir sahələrinin inkişafına, multidissiplinar tədqiqatlara, gənc alimlərin yetişdirilməsinə göstərilən yüksək diqqət və qayğıdan danışıb.

Volksvagen Fondunun Baş katibi Vilhelm Krul isə səmimi qəbula görə təşəkkürünü bildirib. Bakıya ilk dəfə səfər etdiyini deyən qonaq xoş təəsüratlarını bölüşüb.

Baş katib qeyd edib ki, Volksvagen Fondu xüsusilə Azərbaycanda həyata keçiriləcək layihələrin maliyələşdirilməsində maraqlıdır.

Almaniyada təhsil alanların təhsillərini tamamladıqdan sonra ölkəyə qayıdıb fəaliyyət göstərmələri və tədqiqatlar aparmaları üçün lazımi infrastrukturun yaradılması məqsədilə birgə hazırlanacaq layihələrin də maliyələşdirilə biləcəyini qeyd edib.

Tarix
2015.10.12 / 15:55
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla