Yuxarı

Ankaraya qarşı təhdidlər artır: Növbəti terror

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankaradakı olay ölkədə təhlükəsizlik orqanlarının öz işini düzgün qura bilməməsini bir daha sübut etdi.

Bu barədə Axar.az-a politoloq Arzu Nağıyev danışıb. Ekspert bildirib ki, Türkiyə iqtidarının öz elektoratını artırmaq və nüfuz qazanmaq üçün PKK-ya qarşı apardığı antiterror əməliyyatlarının ölkədə gedən proseslərə təsiri böyükdür:

"Bu terror bir sıra siyasi motivlərlə yanaşı, o cümlədən seçki və Türkiyə hakimiyyətinin PKK və İŞİD-ə qarşı apardığı antiterror əməliyyatları ilə sıx bağlıdır. Hələ ki heç bir təşkilat bu terror aktını öz üzərinə götürməyib, lakin "özünüməhv" metodu dini radikalizmin dəsti-xəttinə bənzəyir. Düşünürəm ki, konkret bu hadisəsni kiminsə üzərinə qoymaq düzgün olmazdı. Bu gün Türkiyədə dövlət və dövlətçiliyə qarşı həddən artıq təhdidlər var. Bu, istər daxildən, istərsə də xaricdən özünü göstərir. Təsəvvür edəndə ki, Türkiyə PKK, İŞİD və daxili terrora qarşı mübarizə aparan bir dövlətdir, bunların nəyin və hansı maliyyə məsələlərinin hesabına başa gəlməsini hesablamaq o qədər də çətin deyil. Təbii ki, bütün bu proseslər siyasi və iqtisadi cəhətdən öz mənfi tərəfini göstərəcək, böyük iqtisadi layihələr ləngiyəcək. Bu tip olaylar seçkilər bitənə qədər təkrarlana bilər. İqtidar-müxalifət münasibətlərinə aydınlıq gətiriləndən sonra bir az sakitlik yaranacaq. Bununla belə, Suriya-Rusiya və qaçqın ordusu ilə bağlı problemlər qalacaq. Bütün bunlara qarşı isə çox güman ki, Türkiyə öz fəaliyyəti ilə bağlı korrektələr edəcək və bunun başında təhlükəsizlik məsələsi ön planda olacaq".

Qeyd edək ki, oktyabrın 10-da Türkiyənin paytaxtı Ankarada Dəmiryolu stansiyasına gedən körpünün altında partlayış baş verib. Son məlumata görə, partlayış nəticəsində 97 nəfər həlak olub, 246 nəfər yaralanıb.

Tarix
2015.10.13 / 08:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla