Yuxarı

Nazirlikdən “Bakı Tikinti”yə böyük cərimə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kərpic istehsalı zavodunun həyətinin qanunsuz zibilxanaya çevrilməsi səbəbilə zavod cərimələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Bakı tikinti materialları ASC-nin kərpic istehsalı zavodunun ərazisinin zibilxanaya çevrilməsi barədə nazirliyə daxil olmuş şikayət araşdırılıb.

Araşdırma zamanı zavodun hazırda fəaliyyət göstərmədiyi, 2015-ci ilin əvvəlindən hazırkı dövrədək üç ay fasilələrlə işlədiyi müəyyən edilib.

Baxış zamanı ərazinin məişət tullantıları poliqonuna çevrildiyi və zavodun ərazisinin ayrı-ayrı yerlərində məişət tullantılarının pərakəndə şəkildə qalaqlanması və yandırılması halları da müşahidə olunub.

Faktla əlaqədar nazirliyin əməkdaşları tərəfindən qanunamüvafiq qaydada protokol tərtib olunaraq Bakı tikinti materialları ASC-nin nümayəndəsi vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə edilib.

Eyni zamanda, tullantıların yük maşınları ilə zavodun ərazisinə daşınması halları da müşahidə olunub. Sürücülər ETSN-in əməkdaşları tərəfindən saxlanılıb, lakin qanun pozucuları sənəd təqdim etmədən ərazini tərk ediblər. Faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsinə göndərilmiş sorğu nəticəsində həmin sürücülərin şəxsiyyəti müəyyən edilərək barələrində qanunamüvafiq protokol tərtib olunub. 2 qanun pozucusu hüquqi şəxs qismində hər biri 9000 manat, 24 nəfər isə fiziki şəxs qismində hər biri 800 manat olmaqla, ümumilikdə 37200 manat məbləğində cərimə edilib.

Qeyd olunanlarla yanaşı, zavodun ərazisində tikinti materiallarının satışı bazarının qanunsuz fəaliyyət göstərdiyi də məlum olub. Araşdırma zamanı bazarın fəaliyyət göstərməsi üçün Qaraçuxur bələdiyyəsi ilə fiziki şəxs arasında bağlanmış müqavilənin müddətinin 2014-cü ilin sonunda bitdiyi məlum olub. Bununla əlaqədar sözügedən bazarın zavodun ərazisindən çıxarılaraq başqa əraziyə köçürülməsi barədə ETSN tərəfindən Suraxanı rayon İcra Hakimiyyətinə, Bakı tikinti materialları ASC-yə və Qaraçuxur bələdiyyəsinə məktub göndərilib.

Tarix
2015.10.15 / 15:45
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla