Yuxarı

Unicapital nizamnamə kapitalını artırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Unibank-ın səhmdarı olduğu "Unicapital" ASC-nin nizamnamə kapitalı artırıldı. ASC-nin nizamnamə kapitalı səhmlərin nominal dəyərinin artırılması yolu ilə baş tutub.

Səhmlərin nominalı 2 manatdan 3 manata yüksəlib və Unibank "Unicapital"ın 100 faizlik səhmdarı olaraq, Səhmdar Cəmiyyətin nizamnamə kapitalına 100 min manat vəsait əlavə edib. Bununla da "Unicapital"ın nizamnamə kapitalı 300.000 manata çatdırılıb. Hal-hazırda "Unicapital" ASC-nin investisiya şirkətinə çevrilməsi planlaşdırılır.

"Unicapital" ASC dövlət qiymətli kağızlar bazarında göstərilən xidmətlərin həcminə görə, broker şirkətlərin oktyabr ayı üçün renkinqinə başçılıq edir. Bakı Fond Birjasının Analitik şöbəsinin hesablamalarına əsasən, şirkətin müştərilərə göstərdiyi xidmətinin həcmi 241,3 miliyon manat olub.

Unibank son 12 il ərzində Azərbaycanın qiymətli kağızlar bazarının liderlərindən və əsas iştirakçılarından biridir. Bank bazarının bir çox sahəsində öz yenilikləri ilə diqqəti çəkən Unibank, 2003-cü ildə ölkə korporativ istiqrazların buraxılışını yerləşdirmiş ilk bankı oldu, əcnəbi fondlarını yerli bazarda dövlət və korporativ qiymətli kağızlarına sərmayə qoyuluşu üçün cəlb edən ilk banklar sırasındadır. 2008-ci ildən etibarən bütün broker və diler xidmətləri bankın ixtisaslaşdırılmış törəmə şirkəti olan - "Unicapital" ASC tərəfindən həyata keçirilir. Həmin ildən başlayaraq "Unicapital" Bakı Fond Birjasının təsisçilərindən biri hesab olunur.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

Tarix
2015.11.23 / 17:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla