Yuxarı

Nuriyyə xanımın tələbəsinə bahalı hədiyyəsi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nuriyyə xanım hər yerdə deyirdi ki, Elşad mənim oğlumdur.

Bu sözləri xalq artisti Nuriyyə Əhmədovanın tələbəsi, aktyor Elşad Yusubov mərhum sənətçi ilə bağlı xatirələrini Axar.az-la bölüşərkən deyib. Aktyor Nuriyyə Əhmədovanın ona həmişə ana qayğısı göstərdiyini bildirib:

"Mən onun övladı kimi idim. O, övladlarını itirdiyi üçün nəvəsi Faiqə, bir də mənə çox bağlanmışdı. Hər yerdə deyirdi ki, Elşad mənim oğlumdur. Çox zarafatcıl insan idi. Elə vaxt olurdu ki, biz onunla təkbətək səhərə qədər söhbət edirdik. Görürdü gözüm yumulur, deyirdi, bala, yuxun gəlirsə, get yat. Nuriyyə xanım heç vaxt heç kimin xətrinə dəyməzdi.

Mənə həmişə deyirdi ki, heç kimə bu sənətdə söz atma, yalnız öz işinlə məşğul ol. Tamaşaçının gözü tərəzidir, onsuz da onlar bilir, kim kimdir.

Onunla olanda həmişə gülməli bir hadisə baş verirdi. Bir dəfə biz mebel salonuna getmişdik. Oranın meneceri Nuriyyə xanımı görən kimi tanıdı və türkcə dedi ki, sizi gördüyümə görə çox şad oldum. Nuriyə xanım da onu başa düşmədi, vəziyyətdən çıxmaq üçün dedi ki, elə mən də ondan oldum.

Onun mənə iki dənə əmanəti oldu: Biri nəvəsi Faiq, digəri isə rəhmətlik oğlunun qol saatı. Həmin saatı ancaq çəkilişlərdə qoluma taxıram. Çünki həm bahalı saatdır, həm də Nuriyyə xanımın yadigarıdır, ona görə qorxuram ki, o saata nə isə olar".

Tarix
2015.11.24 / 09:18
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla