Yuxarı

Polis avtoşları cərimələdi - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qış mövsümünə keçidlə əlaqədar Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi gücləndirilmiş iş rejiminə keçib. Bölmə əməkdaşları tərəfindən nəqliyyatın sıx hərəkət etdiyi yollarda reydlər keçirilib. Qayda pozuntusuna yol verən sürücülər cəzalandırılıb.

Axar.az xəbər verir ki, reydlər zamanı əsasən avtomobillərdə görüntünü məhdudlaşdıran pərdə və plyonkalar sökülüb. Məqsəd havaların yağmurlu və dumanlı keçdiyi qış mövsümündə qəza təhlükələrini önləməkdir.

Bəzi sürücülər bununla bağlı polisin xəbərdarlığına məhəl qoymayıb. Belə sürücülər cəzalandırılıb, inzibati protokol tərtib edilib.

Reydlər zamanı digər qanun pozuntuları da aşkar olunub. Avtomobillərdə əlavə qurğular quraşdıran, təhlükəsizlik kəmərindən istifadə etməyən və bu kimi qayda pozan sürücülər də cəza tədbirlərindən yayına bilməyib. Bu reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Axar.az RegionTV-yə istinadən reyddən görüntüləri təqdim edir:

Tarix
2015.11.24 / 16:37
Müəllif
Gülər Nəsibova
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla