Yuxarı

İlham Əliyev: “Hələ də problemlər var”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Noyabrın 1-də Milli Məclisə keçirilən seçkilər xalqın iradəsini tam ifadə edib. Seçkilər şəffaf və ədalətli şəkildə keçirilib. Bunu beynəlxalq müşahidəçilər də təsdiqləyib. Bu seçkilərlə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atıb".

Report xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev V çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan demokratiyaya sadiqdir və ölkədə bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir: "Son illərdə ölkədə gedən inkişaf prosesləri də bu seçkilərin nəticələrinə mühüm təsir edib".

Ölkənin beynəlxalq nüfuzunun artdığını, dünyada etibarlı tərəfdaş kimi tanındığını, iqtisadi baxımdan sürətlə inkişaf etdiyini, bunun da Azərbaycan vətəndaşının həyatına təsir etdiyini, yoxsulluq və işsizlik sahəsində Azərbaycanın ciddi nailiyyətlər qazandığını diqqətə çatdıran Prezident İlham Əliyev bütün bu işlərin təməlində sabitliyin dayandığını bildirib.

Azərbaycanda millətlərarası və dinlərarası münasibətlərin ən yüksək səviyyədə qorunduğunu deyən ölkə başçısı bu məsələdə dövlət siyasəti ilə ictimai dəstəyin vəhdət təşkil etdiyini bildirib.

Prezident V Çağırış Milli Məclisin qarşısında yeni çağırışlar durduğunu bildirib:

"Hələ də problemlər var. Əsas diqqət həmin problemlərin həllinə yönəldilməlidir. Bu sırada ilk yeri Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi tutur".

Ermənistanın münaqişəsinin nizamlanmasında maraqlı olmadığını deyən Prezident İlham Əliyev beynəlxalq hüququn və tarixi ədalətin Azərbaycan tərəfində olduğunu, münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatıların qərar və qətnamələr qəbul etdiyini bildirb.

"Xalqımız imkan verməz ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın" deyən dövlət başçısı ATƏT-in Minsk Qrupunun fəaliyyətinin hələki səmərə vermədiyini, bununla belə, diplomatik və siyasi səylərin davam etdiriləcəyini, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev deyib ki, hərbi potensialın gücləndirilməsi prioritetdir: "Bu, ölkəmizin təhlükəsizliyi üçün lazımdır".

Tarix
2015.11.24 / 17:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla