Yuxarı

Şok: Rusiya Türkiyədən bu yolla intiqam alacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya təyyarəsinin Suriya torpaqlarında düşməsi onun həmin bölgədə vurulduğunu göstərmir. Raketlər Su-24 Türkiyə üzərində olarkən də atəşlənmiş ola bilər. Qırıcının sürəti kifayət qədər yüksək olduğundan, partlayış anı atəş anından fərqli olur və bu müddət ərzində də təyyarə xeyli məsafə keçir.

Axar.az xəbər verir ki, bu haqda politoloq Fərhad Mehdiyev açıqlama verib. Politoloq son olaydan sonra Rusiyanın Türkiyədən mümkün intiqam yollarını qeyd edib:

1. Türkman Dağı mövqelərinin daha intensiv şəkildə bombalanması;

2. PKK-ya "İqla"raketlərinin (vertolyotları vurmağa yarayır) verilməsi;

3. PKK-ya peyk vasitəsilə məlumat çatdırılması;

4. Ərdoğan və yaxınları haqqında kompromat məlumatları yaymaqla onun düşmənlərinə bilgilərin ötürülməsi;

5. Rusiyadakı türk iş adamlarının sıxışdırılması;

6. Gömrük nəzarəti və fito-sanitar qaydaları bəhanə edərək, türk kənd təsərrüfatı məhsullarının Rusiyaya idxalının dayandırılması;

7. Türkiyəyə olan təyyarə səfərlərini bahalaşdırmaqla (aeroportda "Peqasus" və THY üçün xidmət xərclərini artırmaqla) Türkiyədəki rus turistlərinin sayını azaltmaq;

8. TANAP-a yeni əngəllər çıxarmaq.

Qeyd edək ki, bu gün səhər Türkiyə hava məkanını pozan Rusiyaya məxsus Su-24 bombardmançısı Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı tərəfindən vurulub.

Tarix
2015.11.24 / 23:10
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla