Yuxarı

Qlobal istiləşmə oyunu: Paris konfransının sirri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karbon qazı təbiətdə tarazlıq yaradır.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov söyləyib. Onun sözlərinə görə, qlobal istiləşmə ilə bağlı yaradılan ajiotaj sadəcə çirkin oyundur:

"Kioto protokolu o deməkdir ki, ətraf mühit karbon qazı ilə çirkləndirilməməlidir. Karbon qazını da atmosferə atan zavod və fabriklərdir. Yəni bu o deməkdir ki, zavod və fabriklərini bağla, yeni texnologiyalara keç. Bu isə milyardlarla dollara başa gəlir. Məncə, Azərbaycan Parisdə imzalanma ehtimalı olan protokollara qoşulmayacaq.

Bunlar hamısı siyasi oyundur. Bununla da dövlətləri özlərindən asılı vəziyyətə salırlar. Əgər karbon qazı olmasa, Yerdə 25-30 dərəcə şaxta olar. Karbon qazı təbiətdə tarazlıq yaradır. Məsələn, bir müddət öncə NASA deyirdi ki, Azərbaycanda zəlzələ olacaq, amma bu baş vermədi. Daha sonra isə su qıtlığı ilə bağlı söhbət ortaya atıldı. O da baş tutan deyil. Ona görə ki, 11 iqlim qurşağından 9-u Azərbaycandadır. Yəni ölkənin kifayət qədər içməli su ehtiyatı var. Ortaya bir şayiə atıblar və onunla da oynayırlar. Əgər yadınızdadırsa, 2011-ci ildə Kopenhagendə keçirilən tədbirdə yeni protokolların imzalanması baş tutmadı. O zaman deyirdilər ki, qlobal istiləşmə var, amma buraya gələndə 3 metr qar yağdığını gördülər. Dövlətlərin əksəriyyəti burada göstərilən protokollara qol çəkmədilər. SSRİ zamanında Qərb bu cür oyunlar oynaya bilmirdi. Ona görə ki, qarşısında güclü bir dövlət dayanmışdı. SSRİ dağıldıqdan sonra yeni yaranan dövlətlərin zəif halından istifadə edib, onlara qarşı bu oyunları oynadılar. Əgər qlobal istiləşmə məsələsini bu qədər aktivləşdiriblərsə, demək ki, onu aktivləşdirən dövlətlərin əlində yeni yaşıl texnologiyalar var. Bu texnologiyaları dövlətlərə satmaq istəyirlər. Hazırda atmosferə karbon qazının böyük bir hissəsini okean atır. Zavodların burada payı çox azdır. Yenə də deyirəm, bu bir oyundur".

Qeyd edək ki, noyabrın 30-da Parisdə BMT-nin iqlimlə bağlı konfransı baş tutacaq. Konfransda bir sıra dövlət başçılarının iştirakı gözlənilir.

Konfransda iqlimlə bağlı yeni protokolların imzalanması nəzərdə tutulur.

Tarix
2015.11.26 / 09:35
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla