Yuxarı

Zərdüşt Əlizadə: “Rusların Türkiyədə nə işi vardı”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər iki ölkə arasında dərin ziddiyyətlər olmasaydı, Rusiya təyyarəsinin təsadüfən Türkiyənin hava məkanını pozması bu qədər böyüməzdi. Görünür, Rusiya ilə Türkiyə arasında Əsəd, İŞİD, Suriya böhranına münasibətdə dərin ziddiyyətlər var.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiya təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulmasını şərh edərkən politoloq Zərdüşt Əlizadə deyib. O, son hadisənin iki ölkə arasında iri qarşıdurmalara gətirib çıxarmayacağını bildirib:

"Rusiya xüsusilə İŞİD-in neft sektorunu bombalamaqla bəzi dairələrin şəxsi biznesinə milyonlarla ziyan vurub. Məhz bu səbəbdən də əmr verilib ki, Rusiya təyyarəsi vurulsun. Formal cəhətdən Türkiyə haqlıdır. Rusiya təyyarəsinin Türkiyə hava məkanında nə işi var? Ancaq başqa bir tərəfdən də nəzərə almalıydılar ki, münasibətlər korlana və bu proses uzun müddət davam edə bilər. Xoşbəxtlikdən Türkiyə nə Ukrayna, nə Gürcüstandır. Türkiyə Rusiyaya heç nə edə bilməz, edərsə, Ankaraya da ziyan dəyəcək və ya əksinə, Moskva Ankaraya qarşı səhv addım atarsa, Rusiya zərər görəcək. Rusiya tərəfi Akkuyu AES-i tikməkdən imtina edərsə, ola bilsin, bu stansiyasının inşasını fransız və almanlar üzərlərinə götürsün. Ancaq "Cənub axını" qaz layihəsindən imtina edilərsə, Ukraynadan daha asılı vəziyyətə düşə bilərlər. Rusiyadan Türkiyəyə turist axını məsələsinin qarşısı alınarsa, rusların ucuz və rahat istirahət imkanı əldən çıxacaq. Son hadisə ikibaşlı bir silah rolunu oynayır. Düşünürəm ki, bu, iki ölkə arasında iri qarşıdurmalara gətirib çıxarmayacaq".

Qeyd edək ki, Türkiyə hava məkanını pozan Rusiyaya məxsus Su-24 bombardmançısı Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 tərəfindən vurulub.

Tarix
2015.11.26 / 11:21
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla