Yuxarı

Puşkov da Türkiyəyə viza rejimindən danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə İŞİD-i dəstəklədikcə, iki ölkə arasında viza rejiminin tətbiqi qərarı dəyişməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dumasının Beynəlxalq məsələlər komitəsinin rəhbəri Aleksey Puşkov Türkiyə-Rusiya arasında viza rejiminin tətbiqi ilə bağlı yayılan informasiyanı şərh edərkən deyib.

"Ən önəmli faktor Rusiya və Türkiyə münasibətləridir. Türkiyə getdikcə bu münasibətləri gərginləşdirir. Bu dövlət Suriyada iğtişaşlara gizli yolla dəstək verir. O cümlədən, İŞİD-ə müxtəlif formalarda yardım edir. Əgər Türkiyə hökuməti bu addımlarını dayandırarsa, viza məsələsinə yenidən baxa bilərik", - deyə Puşkov vurğulayıb.

Deputat onu da vurğulayıb ki, Türkiyə terrorçular üçün tranzit ölkədir. O, hər an bu ölkədən Rusiyaya terrorçuların gələcəyini istisna etməyib.

Xatırladaq ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkiyəyə viza rejiminin 2016-cı il yanvarın 1-dən bərpa ediləcəyini açıqlayıb.

Tarix
2015.11.28 / 00:56
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla