Yuxarı

İsmayıllı Taleh Bağırovu lənətləyir – Müraciət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Din pərdəsi altında müəyyən xarici qüvvələrin sifarişini yerinə yetirən Taleh Bağırov kimilərinin və onun əlaltılarının qanunazidd hərəkətlərini bütün İsmayıllı ictimaiyyəti lənətləyir.

Axar.az xəbər verir ki, bu barədə İsmayıllı rayon ictimaiyyəti nümayəndələri adından bildirilib.

AzərTac-a göndərilən müraciətdə qeyd olunub ki, terrorçunun vətəni və milliyyəti olmur: "Dövlətə qarşı çıxanlar, qan tökənlər mütləq öz cəzalarını alacaqlar".

Müraciətdə qeyd olunub ki, din pərdəsi altında cinayət törədən, qanunları kobud şəkildə pozan bu cür ünsürlər əslində islam dininin düşmənləridir: "Ölkəmizdəki tolerantlıq mühitini, vətəndaş həmrəylini pozmaq istəyən qüvvələrin qarşısı dövlətimiz tərəfindən qətiyyətlə alınır və alınacaq.

Biz qətiyyətlə bəyan edirik ki, xalqımızı xoşbəxt gələcəyə aparan, ümummilli liderimiz Heydər Əliyevin yüksəlişə gedən yolunu inamla, dəyanətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevlə birgəyik, yaşımızdan asılı olmayaraq bütün məsələlərin həllində onun sıravi əsgəriyik".

Xatırladaq ki, T.Bağırzadə İsmayıllı rayonunda anadan olub. Noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb.

İki polis əməkdaşı həlak olub. Yaralanan polis əməkdaşları DİN-in hospitalında müalicə alır. Həlak olan polisləri Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə şəhid elan edib.

Tarix
2015.11.28 / 14:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla