Yuxarı

Avstraliya: "Qarabağın işğalına son qoyulsun!" - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Ermənistan və Azərbaycan hökumətlərini bir araya gələrək, münaqişəyə və Dağlıq Qarabağın işğalına sülh yolu ilə son qoymağa çağırırıq.

Azərtac xəbər verir ki, bu sözləri Avstraliya xarici işlər naziri Culia Bişop parlamentin üzvü, Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Luke Simpkinsin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə hökumətin mövqeyi ilə əlaqədar sualını cavablandırarkən deyib.

Bu barədə Azərbaycanın Avstraliyadakı səfirliyinin yaydığı məlumatda bildirilir.

Parlamentin noyabrın 30-da keçirilən iclası zamanı L.Simpkins xarici işlər naziri xanım C.Bişopa müraciət edərək deyib ki, Nümayəndələr Palatasına üzv seçildiyi dairədəki Azərbaycan və türk icmalarının üzvləri Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ vilayəti və ona bitişik rayonların işğalına Avstraliya hökumətinin mövqeyini müəyyənləşdirməyi xahiş ediblər. L.Simpkins nazir C.Bişopdan həmin məsələyə Avstraliya hökumətinin mövqeyini açıqlamasını xahiş edib.

Sualı cavablandıran xanım C.Bişop əvvəlcə L.Simpkinsə deputat seçildiyi ərazidəki etnik qruplara göstərdiyi ardıcıl dəstəyə görə minnətdarlığını bildirib. Sonra vurğulayıb ki, Avstraliya hökuməti bütün dünyada suveren ölkələrin ərazilərinin qeyri-qanuni işğalını mühakimə etmək siyasətinə sadiqdir. Buna nümunə olaraq, Rusiya tərəfindən Ukraynanın suverenliyinin pozulması və Krımın işğalını göstərmək olar. Tamamilə buna uyğun olaraq, Avstraliya hökuməti Azərbaycanın suverenliyini tanıyır. Dağlıq Qarabağı isə müstəqil dövlət kimi tanımır. Eyni zamanda, Avstraliya hökuməti problemin həlli ilə məşğul olan Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi və Azərbaycan, Ermənistan, Türkiyə və Belarusun üzvü olduğu Minsk qrupunun fəaliyyətini dəstəkləyir. Bu, bizim ardıcıl mövqeyimizdir və biz Ermənistan və Azərbaycan hökumətlərini bir araya gələrək, münaqişəyə və Dağlıq Qarabağın işğalına sülh yolu ilə son qoymağa çağırırıq.

Tarix
2015.12.01 / 14:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla