Yuxarı

“Unutmağa kimsə yox...” rus dilində

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Unutmağa kimsə yox...” rus dilində

Yazıçı Kamal Abdullanın 2011-ci ildə "Qanun" nəşriyyatında çap olunmuş "Unutmağa kimsə yox..." romanı bu dəfə yenidən həmin nəşriyyatda rus dilində işıq üzü görüb.

Axar.az xəbər verir ki, kitab rus dilinə məhşur yazıçı-tərcüməçi Lüdmila Lavrova tərəfindən tərcümə olunub.

Romanın qəhrəmanı gənc alim naməlum bir çiçəkli yazının sirrini açır və məlum olur ki, yazıda hamının gözlədiyi müharibələrin, padşahların, sərkərdələrin taleyi, xəzinənin yeri yox, bir sevgi mesajı şifrələnib.

Paralel dünyalar, möhtəşəm Ahəng, hadisələrin üfüqi, Çiçəkli yazı, romanın sujetilə paralel addımlayan yunan miflərində qaldırılan problemlərin özünəməxsus həlli… bütün bunlar əsər boyu ilk baxışda sadə görünən hadisənin fonunda canlanır və oxucunu öz ağuşuna alaraq aparır.

Roman ilk dəfə çap olunanda Azərbaycan ədəbi mühitində geniş müzakirələrə səbəb oldu. "Unutmağa kimsə yox..." haqda müxtəlif fikirlər, müzakirələr bu gün də davam etməkdədir.

İnanırıq ki, rusdilli oxucular Kamal Abdullanın bu romanı vasitəsilə Azərbaycan ədəbiyyatının təzə bir qatını kəşf edəcək, özlərinin də sakininə çevriləcəyi yeni bir mifopoetik aləmə səyahət edəcəklər.

Tarix
2015.12.01 / 15:20
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla