Yuxarı

Mənə deyən gərək nə olub axı... – Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

... Əvvəlcə Nobel mükafatına namizəd olması, "Yarımçıq əlyazma", ardınca əsərin İtaliyada nəşri, sonra bu ölkəyə səfər, Romada ikən postmodernizmin atası Umberto Ekodan görüş təklifi - bəlkə də bütün bunlar yaradıcılığa yeni başlayan bir yazıçı üçün kifayət etməli idi.

Yəni möhürü vurmuşam, indi əlimi-ayağımı sallayıb arxayın şəkildə şöhrətin həzzini yaşamaq olar. Ancaq Kamal Abdulla üçün qətiyyən belə ola bilməzdi.

Çünki "Yarımçıq əlyazma"ya qədər artıq sözə damğasını vurmuş yazıçı zəngin bioqrafiyaya malik idi. Olsa-olsa, bu, müəllifin yaradıcılıq xəzinəsində növbəti bir ürəkaçan səhifədir.

Odur ki, ömrünün 65-ci çağında K.Abdullanın yaradıcılığına nəzər salanda yarımçıq, pərakəndə əlyazmalara rast gəlmək olmur: mübaliğəsiz desək, bütöv və bitkin.

Bəs, kimdir Kamal Abdulla?

O, 1950-ci ilin bu günü Bakıda anadan olub. 1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1973-1976-cı illərdə SSRİ EA Dilçilik İnstitutunun "Türk dilləri" şöbəsinin əyani aspirantı olub.

Kamal Abdulla təkcə yazıçı kimi yox, həm də alim kimi ölkəmizi dünyada təmsil edir.

Onun elmi və publisistik məqalələri Azərbaycanda və xarici ölkələrdə mütəmadi çap olunur. 200-dən çox məqalə, 20-dən çox dərs vəsaiti və monoqrafiya müəllifi olan Kamal Abdulla Bakı Slavyan Universitetinin mədəniyyət, ədəbiyyat mərkəzi kimi formalaşmasında müstəsna rol oynayıb.

Onun "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox..." əsərləri müxtəlif dillərə tərcümə edilərək Fransa, İtaliya, Avstriya, Yaponiya, Amerika, Braziliya, Rusiya, Türkiyə, Misir, Polşa, Litva, Qazaxıstan və başqa ölkələrdə çap edilib.

Prezident İlham Əliyev Kamal Abdullanı yubileyi ərəfəsində "Şöhrət" ordeni ilə təltif etdi. Bu, prezidentin müşavirinə dövlət xadimi kimi verdiyi qiymət idi. Bir yanda yazıçı şöhrəti, digər tərəfdə dövlətin "Şöhrət"i... Yazıçı üçün 65 yaş ərəfəsində bundan gözəl yubiley hədiyyəsi ola bilməz...

Unutmağa kimsə yox...

Təkcə "Unutmağa kimsə yox" şeirinə diqqət yetirəndə onun insan taleyini bütün əzalarına qədər necə hiss etdiyini aydın görmək olur:

Mənə deyən gərək nə olub axı,

Nə çabalayırsan, söylə, nə xəbər.

Sən çətin tapasan axtardığını,

Sən axtardığını itirməyiblər.


Nələr arzuladıq, nələr qazandıq,

Hələ nələri də itirəcəyik.

Yollara sarılıb biz də uzandıq,

Hara gəlib çatdıq belə tələsik?


De mənə, varmıydın, ya bəlkə yoxdun?

De mənə, yuxudu bəlkə bu dünya?

Bu bulaq suyunda sənmiydin axdın?

Bu bulud apardı səni haraya?


Vaxt gəlir, hər şeyin yetişir sonu,

Bu nəydi qurtardı, yox oldu, getdi?

Bu da bir həyatdı, oynadıq onu,

Bu da bir oyundu, yaşadıq, bitdi.

Yollar getdi üzü dağa,

Yoxuşlar enişlərdən çox.

Kimsə yox xatırlamağa,

Unutmağa da kimsə yox.

Bu şeir, bir növ, poeziyanın "100 ilin tənhalığı"dır. Təkcə "Unutmağa kimsə yox" şeiri və eyniadlı roman Kamal Abdullanı tarixin unutqan yaddaşına əbədi olaraq həkk edib.

Axar.az olaraq Kamal müəllimi 65 illik yubileyi münasibətilə təbrik edir, ona yaradıcılıq və həyat yolunda yeni uğurlar arzulayırıq.

Tarix
2015.12.04 / 12:32
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

Gürcüstan parlamentariləri Bakıya gəlir

İlham Əliyev Pakistan baş nazirinə təşəkkür etdi

İlham Əliyevdən Sisiyə: Buna görə təbrik edirik!

Bu subyektlərin maliyyə hesabatlarının forması barədə qərar

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla