Yuxarı

Şura Prezidentə təkliflər göndərəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şura ictimai nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı təklifləri prezidentə təqdim edəcək.

Axar.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev açıqlama verib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "İctimai nəzarətin təşkil olunmasında QHT-lərin rolu" mövzusunda dəyirmi masa keçirib. Şura sədri, millət vəkili Azay Quliyev bildirib ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasındakı çıxışında hökumətin fəaliyyətinə ictimai nəzarətin vacibliyini vurğulaması QHT-lərə ünvanlanmış çağırışdır. Azay Quliyev vətəndaş cəmiyyəti institutlarının hər zaman olduğu kimi cənab prezidenti və onun həyata keçirdiyi islahatları dəstəklədiyini bildirib:

"QHT-lər bu prosesdə yaxından iştirak etməli və ictimai nəzarətin tətbiqi ilə bağlı real təkliflərini açıqlamalıdırlar. Bildiyimiz kimi "İctimai iştirakçılıq haqqında" qanuna uyğun olaraq dövlət orqanlarının yanında İctimai Şuralar yaradılmalıdır. Bu gün biz qanunun tələblərindən irəli gələn və bu məsələ ilə bağlı digər faydalı mexanizmlərin tətbiqini müzakirə edəcəyik".

Şura sədri qeyd edib ki, manatın məzənnəsində baş verən dəyişikliklərdən sonra ictimaiyyəti narahat edən bir sıra məsələlər meydana çıxıb ki, onların mənfi nəticələrinin minimuma endirilməsi üçün vətəndaş cəmiyyəti institutları imkanlarını səfərbər etməlidir.

Toplantıda çıxış edən Sahib Məmmədov, Əhməd Abbasbəyli, Sabit Bağırov, Əvəz Həsənov, Mirvari Qəhrəmanlı, Novella Cəfəroğlu, Mehdi Mehdiyev, Eyyub Hüseynov, Rauf Zeyni, Osman Gündüz, Ülkər Abdullayeva, Samir Əliyev, Qalib Bayramov, Umud Mirzəyev, Vüqar Qədirov, Səadət Bənənyarlı, Lyudmila Xəlilova, Sirus Abbasbəyli, Vüqar Zeynalov, Ruslan Atakişiyev, İsrail İsgəndərov, Etimad Əsədov, Samir Adıgözəlli, Davud Rəhimov, Mirəli Hüseynov, Fariz Xəlilli, Nurəddin Mehdiyev, Təhmasib Novruzov, Elməddin Muradlı, Vüsalə Hüseynli, Qorxmaz İbrahimli, Emin Həsənli, Mehriban Zeynalova və digər QHT sədrləri vətəndaşları narahat edən məsələlər və effektiv ictimai nəzarət mexanizmləri haqqında təkliflərini səsləndiriblər.
Toplantıda aşağıdakı sahələr üzrə QHT-lərdən ibarət İşçi Qrupun yaradılması haqqında qərar qəbul edilib:

1. İqtisadi məsələlər,
2. Sosial məsələlər,
3. İctimaiyyətlə əlaqələr.

Toplantıda İşçi Qrupların aidiyyatı nazirliklərdə və Mərkəzi Bankda görüşlər keçirməsi və irəli sürülən təkliflərin müvafiq səlahiyyətli şəxslərlə birgə müzakirəsi qərara alınıb. Eyni zamanda paytaxt və regionlarda maarifləndirici seminar və görüşlərin də təşkili haqqında razılığa gəlinib.

Şura sədri Azay Quliyev ictimai nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı təkliflərin dövlət başçısına təqdim ediləcəyini və görüləcək bütün işlər haqqında ictimaiyyətin ətraflı məlumatlandırılacağını vurğulayıb.

Tarix
2016.01.14 / 19:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla