Yuxarı

İlk kitabı Bakıda çıxan vətən xaini - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Pablo Nerudaya "Onun yanında biz şair belə ola bilmərik" dedirdən "vətən xaini" Nazim Hikmətin 114 yaşı tamam olur.

Axar.az xatırladır ki, yazdıqları və düşüncələri üzündən ömrünün ən məhsuldar illərini həbsdə və sürgündə keçirən, "vətən xaini" iddiası ilə çıxarıldığı Türkiyə vətəndaşlığına 2009-cu ildə Nazirlər Kabinetinin qərarı ilə qaytarılan Nazim Hikmət 1902-ci ilin bu günü Salonikidə doğulub.

1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olan Nazim Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeir yazdığı üçün 1919-cu ildə məktəbdən xaric edilib. "Sərvliklərdə" adlı ilk şeiri 1918-ci ildə "Yeni məcmuə" jurnalında dərc olunub. 1920-ci ildə o, işğal olmuş İstanbuldan milli azadlıq uğrunda vuruşan Anadoluya gedib. 1921-ci ildə Sovet Rusiyasına gəlib, 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxuyub.

1924-cü ildə Türkiyəyə qayıdaraq inqilabi "Oraq-çəkic" qəzetində, "Aydınlıq" jurnalında Lenin ideyalarını tərənnüm edən əsərlərlə çıxış edib. Həmin orqanlar bağlandıqdan sonra təqib olunan və 1925-ci ildə qiyabi surətdə 15 il həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli olaraq SSRİ-yə gəlib. 1928-ci ildə Bakıda şairin "Günəşi içənlərin türküsü" adlı ilk şeirlər kitabı çapdan çıxıb. 1938-ci ildə yenidən Türkiyəyə qayıtdıqdan sonra həbs olunan Nazim Hikmət 8 ay həbsxanada yatsa da, heç bir dəlil-sübut olmadığına görə azad edilib.

1929-cu ildə "835 sətir", 1930-cu ildə "Baron-3", 1930-cu ildə "1+1=1", 1931-ci ildə "Səsini itirmiş şəhər" kitablarındakı şeirlərdə xalqın ağır həyatı, inqilabi mübarizəyə çağırış öz əksini tapıb. 1924-cü ildə yazdığı "Cakonda və Şi-Ya – u" poeması, 1932-ci ildə yazdığı "Bənərci özünü niyə öldürdü" mənzum romanı imperializmin müstəmləkə siyasətinə qarşı yönəlib. Onun "Kəllə", 1932-ci ildə "Bir ölü evi, yaxud mərhumun naləsi", "Bayramın ilk günü", 1935-ci ildə "Şöhrət və ya unudulan adam" pyeslərində kapitalizm quruluşu kəskin şəkildə tənqid edilib. 1932-ci ildə türk kommunistlərini yekdil mübarizəyə səsləyən "Gecə gələn teleqram" şeir toplusuna görə 5 il həbs cəzasına məhkum olunub. Bir ildən sonra amnistiya əsasında azad edilib. Sonralar şair demək olar ki, hər yeni kitabın nəşrindən sonra həbs edilib.

1935-ci ildə yazdığı "Taranta Babuya məktublar" poemasında, 1936-cı ildə qələmə aldığı "Alman faşizmi və irqçiləri" publisistik əsərlərində faşizm və onun Türkiyədəki tərəfdarları ifşa olunur. 1936-cı ildə şairin Türkiyədə sağlığında son kitabı – "Şeyx Bədrəddinin dastanı" çapdan çıxıb. 1938-ci ildə sübut olunmamış ittiham əsasında 28 il 4 ay həbs cəzası alan Nazim Hikmət məşhur "İnsan mənzərələri" epopeyasını, "Həbsxanadan məktublar" silsiləsini, "Məhəbbət əfsanəsi", "Yusif və Züleyxa" və s. əsərlərini həbsxanada yazıb. 1950-ci ildə dünya ictimaiyyətinin tələbi ilə Türkiyə hökuməti N.Hikməti azad etməyə məcbur olub.

1951-ci ildən ömrünün sonunadək SSRİ-də yaşayan və bu dövrdə 1952-ci ildə "Türkiyədə", 1955-ci ildə "Qərib adam", 1956-cı ildə "İvan İvanoviç vardımı, yoxdumu", 1960-cı ildə "Domokl qılıncı" və s. pyeslərini, şeir və poema, poeziyaya və dramaturgiyaya dair məqalələrini yazıb. SSRİ-də Nazim Hikmətin ssenariləri və əsərlərinin süjetləri əsasında kinofilmlər ("Bir məhəlləli iki oğlan", "Sevdalı bulud", "Yaşamaq gözəldir, qardaşım", "Məhəbbətim mənim, kədərim mənim") çəkilib.

Novator şair olan Nazim Hikmət türk ədəbiyyatını yeni forma və məzmunla zənginləşdirib. Onun poeziyasına kəskin publisistika ilə yanaşı dərin lirizm xasdır. Türk poeziyasına sərbəst şeir vəznini Nazim Hikmət gətirib. Yaradıcılığı müasir türk ədəbiyyatına güclü təsir göstərib. Əsərləri dünya xalqlarının çoxunun dilinə tərcümə olunmuş, pyesləri bir sıra ölkələrdə tamaşaya qoyulub.

1951-ci ildə Ümumdünya Sülh Şurası Bürosunun, 1959-cu ildən sonra isə onun Rəyasət Heyətinin üzvü olub.

Nazim Hikmət dəfələrlə Bakıya gəlib, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olub, onlarla yaradıcılıq əlaqəsi saxlayıb. Azərbaycana həsr olunmuş şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri var. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunub, pyesləri tamaşaya qoyulub. Bəstəkar A.Məlikov şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında eyniadlı balet yazıb, Azərbaycanın digər bəstəkarları şeirlərinə romanslar bəstələyiblər. R.Babayev "Kəllə" pyesinə illüstrasiyalar çəkib, M.Rzayeva şairin büstünü yaradıb. Azərbaycan ədəbiyyatşünasları şairin həyat və yaradıcılığına dair bir sıra sanballı əsərlər yazıb.

Nazim Hikmət 1963-cü ildə, düz əlli üç il əvvəl "xəyallarının ağ şəhəri" olan Moskvada vəfat edib.

Tarix
2016.01.15 / 14:17
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla