Yuxarı

Gözə zərərli olan: 5 yanlış, 5 doğru

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görmə qabiliyyətinin zəifləməsini müxtəlif səbəblərlə əlaqələndirirlər.

Axar.az gözün sağlamlığı ilə bağlı ictimaiyyətdə formalaşmış yanlış bilgilər haqda yazını təqdim edir:

Yanlış: Eynək və ya linza taxmaq görmə qabiliyyətinin inkişaf etməsinin qarşısını alır.

Doğru: Eynək taxıb-taxmamaq görmənin inkişafına təsir etmir. Eynək müalicəsinin məqsədi görmə səviyyəsini artırmaqdır.

Yanlış: Eynək istifadə etdikcə göz eynəyə öyrəşir.

Doğru: Gözün eynəyə öyrəşməsi deyilən bir anlayış yoxdur. İnsan eynəklə yaxşı görməyin necə olduğunu anladığı üçün eynəkdən imtina etmir.

Yanlış: Körpə və ya azyaşlı uşaqlar eynək taxmamalıdır.

Doğru: Uşaqda görmə qabiliyyəti zəifləyəndə görmənin inkişafı və göz tənbəlliyinin olmaması üçün mütləq eynək taxmaq lazımdır.

Yanlış: Bəzən gözlərimiz ağrıyanda sakitləşdirici eynəklərdən istifadə edirik.

Doğru: Əslində, belə bir eynək yoxdur. Hər bir insan mütləq öz gözünə uyğun nömrəli eynək istifadə etməlidir.

Yanlış: Yaxından televizor izləmək gözləri zəiflədir.

Doğru: Yaxından televizor izləməyin göz sağlamlığı baxımından heç bir zərəri yoxdur. Ancaq zəif görən uşaqlar televizoru daha yaxından izlədiyi zaman göz xəstəlikləri öz əlamətini erkən göstərə bilər.

Tarix
2016.01.16 / 08:45
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla