Yuxarı

Türkiyə sərhəddən İŞİD-i vurdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri Suriya sərhədindən tank və xüsusi hərbi texnika ilə İŞİD mövqelərinə zərbələr endirib.

Axar.az xəbər verir ki, Suriya ərazisindən Türkiyənin Kilis vilayətinə raket düşməsindən sonra sərhədə xeyli sayda hərbi texnika yeridilib.

Azad Suriya Ordusunun tərkibində olan Sultan Əbdülhəmid Tuqayları, Şam Cəbhəsi və Əhrar əş-Şam qruplaşmaları Türkiyənin hərbi dəstəyi ilə Hələb şəhərinin şimalında İŞİD-ə qarşı geniş əməliyyatlara başlayıb.

Bildirilib ki, indiyə kimi 8 qəsəbə İŞİD-dən geri alınıb.

Qeyd edək ki, Türkiyə Suriyanın Azez vilayətindən Cerablusa qədər olan 98 kilometrlik ərazini İŞİD-dən geri almağı və burada təhlükəsiz bölgə yaratmağı planlaşdırır.

Lakin Rusiyanın bölgədə havadan aktiv əməliyyat aparmasından dolayı Türkiyə Silahlı Qüvvələri yalnız sərhəddən İŞİD-i hədəf alır.

Tarix
2016.01.18 / 19:43
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla