Yuxarı

Klinikada uşaq ölümü: Ombudsman işə qarışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda fəaliyyət göstərən "Brizol" göz klinikasında 5 yaşlı uşağın əməliyyat zamanı ölümü ilə bağlı müəmma davam edir.

Axar.az-ın xəbərinə görə, tibb ocağı Qusar sakini, 5 yaşlı Yusif İbrahimovun əməliyyat masasında ölməsinə aydınlıq gətirməkdən yayınır. Klinikaya reportaj hazırlamağa gedən əməkdaşlarımıza nə faktla bağlı ətraflı açıqlama verilib, nə də baş həkim bu gün suallarımızı cavablandırıb. Halbuki, klinika rəhbərliyi mətbuata açıqlama verməklə yayılan müxtəlif xəbərlərə və qaranlıq məqamlara son qoya bilərdi. Amma "Brizol"un meneceri Təranə xanım hadisəni "yoluna qoyacaqlarını" (?) deməklə kifayətlənib.

Baş həkim isə balaca Yusifin ölümündən danışmaq əvəzinə, klinikanın adından mediaya açıqlama verməkdə məsul şəxs - menecerin fotosunun mətbuatda yayılmasına sərt narazılığını bildirib.

Digər müəmma cinayət işi açılmasından sonra istintaqın gedişi haqda ictimaiyyətə məlumat verilməməsidir. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. İşi müstəntiq Orxan Rüstəmov araşdırır. Amma bir neçə gündür ki, nə prokurorluq, nə müstəntiq sorğumuzu cavablandırır.

Maraqlıdır ki, artıq 3-cü gündür Baş Prokurorluğun mətbuat xidmətinin telefonlarına da kimsə cavab vermir. Səhiyyə Nazirliyinin mətbuat xidməti isə yalnız "bizə bu ölüm faktı ilə bağlı zərərçəkənlər tərəfindən müraciət olunmayıb" sözləri ilə kifayətlənib.

"Uşağın ölümü ilə bağlı valideynləri tərəfindən müraciət almamışıq. Əgər valideyn müraciət edərsə, müvafiq tədbirlər görəcəyik.

Bu haqda Axar.az-a Ombudsman Aparatının mətbuat xidmətindən deyilib.

Bildirilib ki, klinikada baş verən ölüm faktı ilə əlaqədar Ombudsman Aparatı həftənin bazar ertəsi ictimaiyyətə geniş məlumat verəcək: "Biz məsələni araşdırdıq və müəyyən olundu ki, uşağın ölümü ilə bağlı cinayət işi aparılır".

Qeyd edək ki, hadisə yanvarın 19-da baş verib. Çəpgözlük səbəbindən əməliyyata qaldırılan uşağın həkim səhlənkarlığının qurbanı olduğu deyilir. Ona anesteziyanın düzgün verilmədiyi bildirilir. Yusifin üzərində hər iki gözün daxili düz əzələsinin 5 mm resessiyası cərrahi əməliyyatı keçirilərkən dünyasını dəyişib.

Tarix
2016.01.24 / 10:12
Müəllif
Fatimə, Emil
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla