Yuxarı

Kremlin axtardığı türk: “Türkman dağını itirsək…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkman dağını itirdiyimiz gün Türkiyənin 950 km-lik cənub-şərq sərhədində PKK dövləti qurulacaq.

Axar.az xəbər verir ki, bunu "Doğan Xəbər" agentliyinə Rusiyanın vurulan Su-24 bombardmançısının paraşütlə atlayan pilotunu öldürdüyü iddia olunan türk komandir Alparslan Çelik deyib.

"2 il bundan əvvəl gücsüz, üçüncü dünya dövlətinin ordusuna qarşı döyüşürdük. Bu gün isə qarşımızda Rusiya və İran var. Türkman dağını itirdiyimiz gün Türkiyənin 950 km-lik cənub-şərq sərhədində PKK dövləti qurulacaq. Kürd dövləti demirəm. İsrail, ABŞ və Rusiyanın birgə quracağı PKK dövləti. Türk milləti və dövləti olaraq həmişə buna qarşı mübarizə aparmalıyıq", - Alparslan Çelik bildirib.

Qeyd edək ki, Türkiyə noyabrın 24-də Suriya sərhədində Rusiyanın Su-24 bombardmançısını vurub. Təyyarənin pilotu katapult edib və havada ikən açılan atəş nəticəsində ölüb. Rus pilotu Alparslan Çelikin öldürdüyü iddia olunub. Bundan sonra Rusiya kəşfiyyatının türk komandiri axtarması barədə xəbərlər yayılıb.

Tarix
2016.01.29 / 09:27
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla