Yuxarı

Dövlət müşaviri: "Bu məscid əhəmiyyətini artırır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət müşaviri: "Bu məscid əhəmiyyətini artırır"

Heydər məscidi getdikcə yalnız dini deyil, ictimai-mədəni mərkəz kimi də əhəmiyyət qazanır.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu gün keçirilən kollegiya iclasında bildirib.

Dövlət müşaviri "Multikulturalizm ili" çərçivəsində bir sıra tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb. Bu sahədə daha böyük uğurlara nail olmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında əlaqələrin daha gücləndirilməsinin, birgə tədbirlər həyata keçirilməsinin önəmini vurğulayıb.

Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələrinin mehriban, sərbəst şəkildə yaşadıqlarını vurğulayan Kamal Abdulla ölkəmizdə multikulturalizm ənənələrinin dərin köklərə malik olduğunu bildirib. O, multikultural dəyərlərin təbliğində və inkişafında Heydər məscidi kompleksinin rolunu vurğulayıb. Bildirib ki, bu məscid getdikcə yalnız dini deyil, ictimai-mədəni mərkəz kimi də əhəmiyyət qazanır. Ölkəmizdə tolerantlıq mühitini daha da genişləndirmək üçün məsciddə müxtəlif kursların, kitab sərgilərinin keçirilməsi, bölgələrimizdə din xadimlərinin görüşlərinin təşkil olunması nəzərdə tutulur.

Dövlət müşaviri Azərbaycanda dövlət-din münasibətlərinin sağlam təməl üzərində formalaşdığını və inkişaf etdiyini bildirib. O vurğulayıb ki, milli mənəvi dəyərlərin inkişafına dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Qeyd edilib ki, Azərbaycan multikulturalizminə olan maraq respublikamızın dünyada tarixi örnək dəyərlərə malik ölkə kimi tanıdılmasının nəticəsidir. "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabının nəşri, "Azərbaycan multikulturalizmi" dərsliyinin yazılması, eyniadlı fənnin proqramının tərtib olunaraq dünya universitetlərinə təqdim edilməsi, dünyanın 11, Azərbaycanın 19 ali təhsil ocağında tədris olunan "Azərbaycan multikulturalizmi" fənninin faydası və lazımlılıq dərəcəsi bizim işimizin həm mürəkkəbliyini, həm çoxşaxəliliyini, həm də cəmiyyətimiz, gələcəyimiz üçün vacibliyini bir daha göstərir.

Tarix
2016.01.29 / 22:31
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla