Yuxarı

Bakı stadionunda türk müğənni oxumayacaq - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:06

Bakı-2015 İlk Avropa Oyunları zamanı istifadəyə verilən Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində səhnəyə çıxacaq müğənninin adı bəlli olub.

ANS-in məlumatına görə, tanınmış türk müğənnisi Əbru Gündəş uzun sürən fasilədən sonra yenidən Bakıya gəlir.

Yayılan xəbərlərdə deyilir ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində səhnəyə çıxacaq məşhur məhz Əbru olacaq. Məlumata görə, Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toyun bəyi futbolçudur. Martın 19-da baş tutacaq məclisdə həmçinin Azərbaycanın tanınmış müğənnilərinin çıxışı gözlənilir.

Ötən gün Bakı Olimpiya Stadionunda futbol oyunlarından başqa toy şənlikləri də keçirməyin mümkünlüyü barədə xəbər yayımlanıb. Bu barədə Stadionun rəsmi saytında elan yerləşdirilib.

Bu vaxta qədər hələlik mərasim keçirilməsə də, artıq sifarişlər var. Martın 19-da BOS-da ilk toy olacağı bildirilir. Qeyd edək ki, stadionun 68 min oturacaq yeri var.

Bakı Olimpiya Stadionunun mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva deyib ki, toylardan gələn gəlirlər stadionun xərclərinə sərf ediləcək. O ki qaldı Bakı Olimpiya Stadionunun toy üçün icarə haqqına, qurum rəsmisi bunun insanların büdcəsinə uyğun olaraq hesablanacağını deyib: "Biz stadionda toy keçirmirik. Biz sadəcə stadionu icarəyə veririk ki, toy, nişan, ad günü və s. mərasim keçirmək istəyənlər özləri təşkilatçılarla danışaraq bunu həyata keçirsinlər. İcarə pulu isə fərdidir. Hər mərasimin öz büdcəsi var. Amma imkanı az olanlara da güzəşt edəcəyik. Çünki bizim əsas məqsədimiz odur ki, bu stadionu ictimai istirahət yerinə çevirək", - deyə C.Mehdiyeva bildirib.

00:55

Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində türk müğənnisi Əbru Gündəşin səhnəyə çıxacağı həqiqətə uyğun deyil. Bu barədə bizdə heç bir məlumat yoxdur. Düzdür, toy yiyəsi hansı müğənnini istəsə, məclisinə dəvət edə bilər.

Bunu Bakı Olimpiya Stadionunun mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva deyib. Onun sözlərinə görə, Əbru Gündəşin toy mərasimində iştirakı gözlənilmir.

"Biz stadionda toy keçirmirik. Biz sadəcə toy, nişan, ad günü və s. mərasim keçirmək istəyənlər üçün stadionu icarəyə veririk. Burdan gələn gəlirlər stadionun xərclərinə sərf ediləcək. Martın 19-da stadionda toy keçirməklə bağlı bir qız bizə müraciət edib. Çılğın futbol azərkeşi olan bu xanım şad gününün futbolla bağlı olması arzusunda olub. Hətta bu barədə qız sosial şəbəkədə status paylaşıb", - deyə C.Mehdiyeva bildirib.

Tarix
2016.02.07 / 00:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla