Yuxarı

Rus ekspert Türkiyə və Azərbaycanı müdafiə etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hələ də Qarabağ kartını oynayır.

Axar.az xəbər verir ki, bunu "Şəxsən sizin" verilişində çıxışı zamanı "Exo Moskva" radiosunun baş redaktoru Aleksey Venediktov söyləyib. Onun sözlərinə görə, Rusiya burada istənilən vaxt gərgin vəziyyət yarada bilər:

"Bunun real problem olduğunu anlamaq lazımdır. BBC-dəki insanlar çox diqqətlidirlər. Dünən Qorbaçovun 1991-ci ildəki köməkçisi Çernyayevin kitabını oxudum. Burada o, Qorbaçovun İtaliyaya səfərindən danışırdı. Deyirdi ki, mən isterikanı başa düşmürdüm. Niyə insanlar küçələrdədir? Onlar "ura" qışqırıb, maşının qarşısına atılırdılar. Sonradan mən başa düşdüm ki, onlar həqiqətən bizdən qorxurmuşlar, onlar həqiqətən hava hücumu əleyhinə sığınacaqlar düzəldibmişlər. Qorbaçov bu qorxunu onların üzərindən götürdü. Bu, məhz sənin indi burada gördüyün tarixdir. Arxamızda Osetiya, Abxaziya, Krım, Donetsk, Dnestryanı, Qarabağ var. Biz hələ Qarabağ kartını oynayırıq. Qoy orada İlham Əliyev özünün türkiyəli dostlarına bizim burada istədiyimiz vaxt gərgin vəziyyət yarada biləcəyimizi xatırlatsın. Biz hələ bu kartı oynayacağıq. Bizə yerli əhaliyə nə olacağı ilə bağlı heç nə maraqlı olmayacaq. Siz bunu unudun. Biz, bax bu cür yollarla özümüzün vətənpərvər, geosiyasi problemlərimizi həll edirik. Məhz buna görə də mən BBC-nin filminə siyasi fantaziya kimi yanaşmıram. Mən buna çox ciddi yanaşıram".

Qeyd edək ki, bir müddət öncə BBC III Dünya Müharibəsinin necə başlayacağı ilə bağlı sənədli filmini yayımlayıb. Bu film Rusiyada kəskin etirazlara səbəb olub.

Tarix
2016.02.09 / 08:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla