Yuxarı

“Bu gün Lütfi Zadə mənə zəng etdi...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün texnika elmləri doktoru, "Zadə irsi və süni intellekt" Assosiasiyasının prezidenti, dünya şöhrətli alim Rafiq Əliyevin doğum günüdür.

Axar.az xatırladır ki, Rafiq Əliyev 10 fevral 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1958-1963-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda oxuyub və institutu fərqlənmə diplomu ilə başa vurub. 1964-1967-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyası İdarəetmə Problemləri İnstitutunun aspirantı olan Rafiq Əliyev 1967-ci ildə texnika elmləri namizədi, 1975-ci il texnika elmləri doktoru alimlik dərəcəsi alıb. İnformatika və idarəetmə, süni intellekt, qeyri-səlis məntiq və Soft Kompyutingə həsr olunmuş 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir. Rafiq Əliyev bir sıra beynəlxalq mükafatlara layiq görülüb.

Axar.az görkəmli alim Rafiq Əliyevlə doğum günü ilə bağlı qısa söhbət aparıb.

- Rafiq müəllim, ad gününüzü necə qeyd edəcəksiniz?

- Doğrusu, mən 2011-ci ildən - həyat yoldaşımı itirəndən sonra ad günümü qeyd etmirəm. Mənim birinci təbrikim həyat yoldaşımın gözlərindən aldığım təbrik idi. Sonra isə qardaşlarım - Musa Yaqub, Ramiz Rövşən bu axşam məni harasa dəvət ediblər, vallah, heç özüm də bilmirəm nədir. Ancaq özüm neçə vaxtdır ki, heç bir tədbir keçirtmirəm.

- Bu günə qədər aldığınız ən dəyərli hədiyyə nə olub?

- Ən böyük hədiyyəm həyat yoldaşımın 1970-ci ildə mənə bağışladığı oğlum Rəşaddır. O, hazırda professordur, xaricdə işləyir, yaxşı elmi əsərləri var. Rəşad mənim bu həyatda aldığım ən böyük hədiyyədir.

- Siz digər dünya şöhrətli alimimiz Lütfi Zadə ilə yaxın dostsunuz. O, doğum gününüzlə bağlı zəng etdimi?

- Bəli, Lütfi Zadə zəng edərək öz təbriklərini çatdırdı. Almaniyada və digər xarici ölkələrdə yaşayan dostlarım da təbriklərə qoşuldu. Sizdən iki dəqiqə əvvəl görkəmli şair Rüstəm Behrudi zəng vurmuşdu. Bu gün heç telefonu yerə qoymaq mümkün olmayıb.

Tarix
2016.02.10 / 15:06
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla