Yuxarı

Bakıya internet ötürən şirkətin satışı dayandırıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Milli Rabitə Komissiyası "Kavkasus Onlayn" şirkətinin alınması ilə bağlı "Mobitel" (səhmlərinin 51%-nin sahibi "Vimpelkom" şirkətidir – red.) kompaniyasına öz aktivləri haqqında əlavə informasiya üçün üç həftə vaxt verib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında komissiya rəhbəri Vaxtanq Abaşidze söyləyib. O, "Kavkasus Onlayn"ın satışı ilə bağlı növbəti iclasın martın 10-da keçiriləcəyini bildirib.

Qeyd edək ki, Gürcüstan mətbuatında "Kavkasus onlayn" şirkətinin serverlərinin Rusiyaya yerləşdiriləcəyi barədə informasiya yayılıb. Bununla bərabər, Azad Demokratlar Partiyasının lideri İrakli Alasaniya isə ölkənin internet məkanının, tezliklə, "Vimpelkom"un nəzarətinə keçəcəyini bildirib.

"Kavkasus onlayn" şirkətinin səhmləri bir müddət öncə satışa çıxarılıb. Hazırda kompaniya uğrunda iki şirkət - "Maqtikom" və "Vimpelkom" mübarizə aparır. "Maqtikom" Gürcüstan-ABŞ şirkəti hesab edilir. "Vimpelkom" isə Rusiyanın "Bilayn" şirkətinin törəməsidir.

"Kavkasus Onlayn" şirkəti Gürcüstanın internet tranzitinin 61%-nə nəzarət edir. O, həmçinin, Qara dənizin dibi ilə Gürcüstana Avropadan gələn 1200 kilometrlik internet xəttinin sahibidir. Məhz bu kabel vasitəsilə Ermənistanın 85%-i, Gürcüstanın 55%-i, Azərbaycanın isə 50%-i internetlə təmin edilir.

Tarix
2016.02.10 / 16:12
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla