Yuxarı

Nəvəsini doğrayan baba danışdı: "Günlərlə meyiti..." - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda baş vermiş qətlin təfərrüatları məlum olub. Nəvəsini qətlə yetirən baba törətdiyi cinayətin səbəbləri barədə açıqlama verib.

Kəpəz TV (Region TV) xəbər verir ki, Ağdam rayon sakini, 71 yaşlı Rafiq Bayramov 16 yaşlı nəvəsi Tural Bayramovu yaşadığı evdə boğaraq amansızlıqla qətlə yetirib. İstintaqa ifadə verən Rafiq Bayramov hadisədən bir neçə gün əvvəl Rəsulzadə qəsəbəsində yaşayan qızının evinə gəldiyini söyləyib. O, yeniyetmə nəvəsi Tural Bayramovu evə gec gəlməsinə və anasının sözünə baxmamasına görə danlayıb. Nəsihətə qulaq asmayan nəvəsi onu söyəndə Rafiq Bayramov əlini qana bulamalı olub.

Hadisədən sonra nəvəsinin meyitini parçaya bükərək çarpayının altında gizlədən baba yaşadığı Ağdam rayonunun Çəmənli kəndinə gedib. Meyit isə bir neçə gün orada qalıb. Yeniyetmə Tural Bayramovun anası və bacısı isə onu evə gəlmədiyi üçün axtarmağa başlayıblar. Yenidən Bakıya qayıdan Rafiq Bayramov isə evdə özünü heç nədən xəbərsiz kimi aparıb. Sonra isə nəvəsinin meyitini maşınına mindirərək Ağdamda basdırmağa aparıb.

Hadisədən xəbər tutan Binəqədi polis və prokurorluq əməkdaşları dərhal rayona gedərək Rafiq Bayramovu cinayəti törətməkdə şübhəli bilinən şəxs qismində saxlayıblar. Meyit qəbirdən çıxarılaraq ekspertizaya göndərilib. Dindirmə zamanı Rafiq Bayramov əməli tək törətdiyini və səbəbin isə söyüş olduğunu deyib.

Bəzi informasiya agentliklərində və sosial şəbəkələrdə hadisənin namus üstündə baş verdiyi barədə məlumat yayılmışdı. Bu məqsədlə mərhumun nənəsi Güllü Bayramovanın da fikirlərini öyrənməyə çalışdıq. Yaşlı qadın hadisənin namusla heç bir əlaqəsinin olmadığını bildirib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Tarix
2016.02.10 / 20:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla