Yuxarı

Yeni yaradılacaq Palata necə maliyyələşəcək?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə Bazarlarına Nəzarət Palatası çox güman ki, lisenziyaların verilməsi və yoxlamaların aparılması istiqamətində pullu xidmət göstərəcək, bunun müqabilində də öz maliyyə problemlərini həll edə biləcək.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının özünü maliyyələşdirmə prinsipi ilə bağlı iqtisadçı ekspert Samir Əliyev Axar.az-a danışarkən deyib. O bildirib ki, Palatanın nizamnaməsi tam hazır olmadığından bu barədə daha detallı danışmaq bir qədər çətindir:

"Palatanın hüquqi statusu göstərir ki, bu qurum dövlət büdcəsindən asılı olmayacaq. Çox güman ki, lisenziyaların verilməsi və yoxlamaların aparılması istiqamətində pullu xidmət göstərəcək, bunun müqabilində də öz maliyyə problemlərini həll edə biləcək. Əslində, ümumilikdə sığorta şirkətlərinə, bank sektoruna lisenziyaların alınıb-geri qaytarılmasını təmin edəcək və Qiymətli Kağızlar Bazarına nəzarət edəcək. Yəni palata üç əsas - lisenziyalaşdırma, nəzarət və tənzimləmə funksiyasını həyat keçirəcək. Onun dövlət qurumu olmaması onu göstərir ki, bu orqan qanun qəbul etmək hüququna da malik olmayacaq. Palatanın özünü maliyyələşdirmə prinsipi barədə daha detallı məlumatı nizamnamə hazır olduqdan sonra vermək olar".

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 3-də Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Tarix
2016.02.11 / 08:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla