Yuxarı

Vahid Əhmədov: “Yaxşı olardı ki, yeni palata...”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə Bazaralarına Nəzarət Palatası çox ciddi bir orqan olduğu və önəmli yoxlamalara nəzarət edəcəyi üçün bu qurumun dövlət büdcəsindən maliyyələşdirilməsi daha məqsədəuyğun olardı.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat Maliyyə Bazarlarına Nəzarət Palatasının özünü maliyyələşdirmə prinsipi ilə bağlı açıqlama verib:

"Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bağlı ola bilsin, müəyyən qanun və ya əsasnamə qəbul ediləcək ki, əldə olunan gəlirlərin müəyyən hissəsi qurumun xərcləri üçün istifadə edilsin. Publik şəxs statusunda yaradılacaq yeni palatanın özünü maliyyələşdirməsinin başqa yolunu görmürəm. Təcrübəyə əsasən, bir sıra nazirliklərdə yığılan vergi yığımlarının hardasa 25 faizə yaxını maaşların verilməsi üçün istifadə edilir. Hesab edirəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatası çox ciddi bir orqan olduğu və önəmli yoxlamalara nəzarət edəcəyi üçün bu qurumun dövlət büdcəsindən maliyyələşdirilməsi daha məqsədəuyğun olardı".

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 3-də Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Tarix
2016.02.11 / 10:06
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla