Yuxarı

Cavid Qurbanov nazirlə münasibətlərindən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nankor adamlar vardı ki, "bu ölkə üçün, prezident üçün sinəmi qabağa verərəm" deyirdi. Amma bir az yoxlanandan sonra üzə çıxdı ki, onlar başqa işlərlə məşğuldur.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Dəmir Yolları QSC sədri Cavid Qurbanov bildirib.

C.Qurbanov Musavat.com-a müsahibəsində söyləyib ki, bu insanların bir neçə faizi iqtisadi zəlzələnin birinci dalğası baş verən kimi özünü büruzə verdi: "Ad çəkmək istəmirəm. Banklarda olan məsələlər, dövlətin içində olan vəzifəlilərin etdikləri, rayonlarda iğtişaş törətmək istəyənlər...

Çalışdılar ki, nəsə qarışdırsınlar. Amma dövlət var, dövlətçilik var. "Axırıncı aşırım" filmində deyilən kimi, "dövlətin topu var, tüfəngi var". Artıq bu dövlət 1993-cü ildəki dövlət deyil. Hər şeyi, hər gücü var".

Baş dəmiryolçu nəqliyyat naziri Ziya Məmmədovla münasibətlərindən də danışıb: "Biz Ziya Məmmədovla 18 il birgə çalışmışıq. Ziya müəllim mənim həyatımda hansısa bir rol oynayıb. Amma bu gün məsləhət olunub ki, biz bir yerdə çalışmayaq.

O, cənab prezident tərəfindən ölkənin bir nazirliyinə rəhbər təyin olunub. Mən də bir qurumun rəhbəriyəm. Bizim hər ikimizin bir məqsədi, amalı olmalıdır ki, ölkə başçısına, dövlətə xidmət edək. Onunla münasibətim digər nazirlərlə olduğu kimidir".

Tarix
2016.02.11 / 11:04
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla