Yuxarı

Tarixdəki ən ağlasığmaz ölümlər - Siyahı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az tarixin ən qəribə ölümləri haqda yazını təqdim edir:

Meteorit

Hindistanda yaşayan bir adam ağlasığmaz hadisənin qurbanı olub. 40 yaşlı avtobus sürücüsü küçədə su içdiyi zaman başına meteorit düşüb. Ölən adamın ailəsinə 1000 paund təzminat verilib.

Ayla qucaqlaşarkən

Li Ponun Çin ədəbiyyatının böyük şairlərindəndir. Çox vaxt sərxoş olan Li bir axşam Yanqze çayında qayığı ilə gedərkən suya əksi düşən Ayla qucaqlaşmaq istəyib və boğularaq ölüb.

Uzun saqqal

Avstraliyalı Hans Steininger dünyanın ən uzun saqqalına (1,4 metr) sahib olması ilə tanınırdı. Elə saqqalı da ölümünə səbəb olub. Hans yaşadığı qəsəbədə baş verən yanğın zamanı saqqalının alovlanmasından ölüb.

Yeməkdən ölüm

İsveç kralı Adolf Fridrix yeməyi çox sevib. O, 61 yaşında olarkən ən çox sevdiyi şirniyyatdan 14-ünü yedikdən sonra ölüb.

Ölümsüz Rasputin

Rusiyalı mistik Qriqori Rasputin on nəfər tərəfindən zəhərlənib, ancaq ölməyib. Sonra tapança ilə vurulub, lakin sağ qalmağı bacarıb. Ölümcül vəziyyətdə döyülərək, suya atılıb, yenə sağ qalıb. Rasputin bir qəsəbədə öz əcəli ilə vəfat edib.

Şərf

Müasir rəqsin anası sayılan İsadora Dunsan 1927-ci ildə şərfinə görə vəfat edib. Avtomobil sürərkən külək şərfi sükana dolaşdırıb və nəticədə o boğulub.

Kaktus

27 yaşlı Devid Qrandmen kaktus reklamları üçün çöl bitkilərinə tapançası ilə atəş açıb. Atəş zamanı kaktusun bir parçası fırlanaraq onun üstünə düşüb və ölümünə səbəb olub. Qrandmen bu günə qədər bir bitkiyə görə öldüyü məlum olan yeganə adamdır.

Dezodorant

1998-ci ildə 16 yaşlı bir qız həddindən artıq dezodorant istifadə etdiyi üçün infarkt keçirərək ölüb. Şəxsi gigiyenaya düşkün olan qurban gündə iki dəfə bütün bədənini dezodorantlayırmış.

TV

1975-ci ildə ingilis cütlük televiziyada ən sevimli proqramlarını izləyərkən kişi yarım saat boyunca dayanmadan gülməkdən infarkt keçirib. Ərinin ölümündən sonra qadın verilişin rəhbərliyinə bir məktub yazaraq, onlara həyat yoldaşının son anlarında onu bu qədər xoşbəxt etdiyi üçün təşəkkürünü bildirib.

Səhnədə şou zamanı

Dik Şaun komediya aktyoru olub. Səhnədə şou zamanı infarkt keçirərək ölüb. O, siyasətçiləri və onların seçim kampaniyalarını masqaraya qoyan verilişlər hazırlayırdı.

Evdə toplanan zibil

Lanqley və Homer Kollier qardaşları 20 yaşları olan zaman Nyu Yorka köçüblər. Zəngin bir ailənin övladı olan qardaşlar ətrafdakı zibilləri evlərinə toplamağa başlayıblar. Tapdıqları hər şeyi evlərinə gətirən iki gəncin yaşadığı mənzildə 180 ton zibil tapılıb. 1930-cu illərdə kor olan Homer 10 il sonra revmatizmə görə yataq xəstəsi olub. Qəribəsi odur ki, evdən yad adamları uzaq saxlamaq üçün tələlər qurub və Lanqley bu tələyə düşərək zibilin altında qalıb. Öz qardaşına kömək edə bilməyən Homer isə aclıqdan ölüb.

Tarix
2016.02.12 / 00:30
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla