Yuxarı

Səməd Vurğuna oxşayan şairimiz - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün şair, dramaturq İslam Səfərlinin doğum günüdür.

Axar.az xatırladır ki, İslam Səfərli 12 fevral 1923-cü ildə Naxçıvanın Babək rayonunun Şəkərabad kəndində anadan olub. Naxçıvandakı 1 saylı məktəbi (hazırda məktəb şairin adını daşıyır) bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsində iştirak edib.

Müharibə illərində "Ordumuza ithaf", "Ədəbi gənclik", "Onüçlər", "Əmin ol ata!", "Qoşa söyüd", iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr etdiyi "Təzə çiçəklər", "Üçüncü hərb istəmirik" və s. şeirləri qələmə alıb.

İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanıb. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı", "Xeyir və Şər", "Dədəgünəş əfsanəsi" əsərləri müxtəlif vaxtlarda, ayrı-ayrı bölgələrdə tamaşaya qoyulub, tamaşaçı rəğbəti qazanıb.

Şairin "Bakı, sabahın xeyir", "Zərif gülüşlüm", "Bir könül sındırmışam", "Qonaq gəl bizə", "Bakılı qız", "Nə vaxta qaldı", "Ana", "Ay qaşı, gözü qara qız", "Ağ xələtli həkimlər", "Gəncliyimi gəzirəm", "Aylı gecələr" şeirlərinə bəstələnən mahnılar dillər əzbəri olub, klassikaya çevrilib və indi də sevilə-sevilə dinlənilir.

İslam Səfərli zahiri görkəm baxımından xalq şairi Səməd Vurğuna bənzəyirdi. Hətta tədbirlərin birində Səməd Vurğun da bunu qeyd etmişdi. İslam Səfərlinin oğlu İlham Səfərli bu haqda müsahibələrində də danışıb:

"Səməd Vurğun tələbələrlə görüş zamanı zala göz gəzdirib deyir:

- Hanı o mənə oxşayan Qara İslam?

İslam ayağa qalxdı:

- Burdayam, Səməd müəllim, - dedi.

- Bəri gəl, görüm.

İslam qabağa yeridi. Səməd Vurğun işarə elədi ki, yuxarı qalxsın. İslam sıxıla-sıxıla yuxarı qalxdı. Səməd Vurğun dedi:

- Yazıçılar İttifaqında keçən "Gənclər günü"ndə bir şeir oxudun ha, indi oxuya bilərsənmi onu?

- Oxuya bilərəm, - dedi.

Səməd Vurğun kənara çəkildi. İslam xitabət kürsüsünə qalxıb "Beşik başında" şerini oxudu. Alqış səsləri salonu titrətdi".

Qeyd edək ki, İslam Səfərli 6 noyabr 1974-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Tarix
2016.02.12 / 17:46
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla