Yuxarı

Azərbaycandan EBRD-yə təklif

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat naziri Şahin Mustafayev Böyük Britaniyaya səfər zamanı Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Suma Çakrabarti ilə görüşüb.

Axar.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycanla EBRD arasında əlaqələr və əməkdaşlığın genişləndirilməsi, hazırkı iqtisadi şəraitdə ölkənin iqtisadi siyasətindəki prioritetlərə dair müzakirələr aparılıb.

Nazir Azərbaycanla Bank arasındakı səmərəli əməkdaşlığın çoxşaxəli olduğunu vurğulayıb. Bildirilib ki, Bankın ölkədəki fəaliyyəti infrastrukturun inkişafı, enerji, su təchizatı sahələrinə yönəlmiş, həmçinin banklara kredit xəttinin açılması, səhm kapitalında iştirak, özəl şirkətlərə birbaşa kredit ayrılması və s. kimi sahələri əhatə edir: "İndiyədək EBRD tərəfindən Azərbaycana 161 layihə çərçivəsində 2,8 mlrd. ABŞ dolları məbləğində kredit ayrılıb. EBRD özəl sektorda 151 layihəni maliyyələşdirilib".

Ş.Mustafayev Bankın Azərbaycanda yaradılan sənaye parkları və məhəllələrinə investisiya yatırılması, aqroparkların təşkilinə dəstək göstərilməsi, kiçik və orta sahibkarlarla işləyən kredit ittifaqları ilə əməkdaşlıq və s. sahələrdə əlaqələrin genişlədirilməsini, 2017-2020-ci illər üçün makroiqtisadi çərçivənin hazırlanmasında əməkdaşlıq təklif edib.

EBRD-nin prezidenti S.Çakrabarti Bankın ölkə iqtisadiyyatının müxtəlif sahələrində bir sıra layihələrin icrasına maliyyə dəstəyi göstərildiyini qeyd edib, əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini vurğulayıb, Azərbaycan tərəfinin təkliflərinin reallaşdırılması imkanlarına baxılacağını bildirib.

Tarix
2016.02.13 / 00:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla