Yuxarı

Əmanətçilərə 20 milyon kompensasiya ödənildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Texnikabank" ASC-nin əmanətçilərinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən seçilmiş agent banklar vasitəsilə kompensasiya ödənişi davam edir.

Axar.az Əmanətlərin Sığortalanması Fondunun mətbuat xidmətinə istinadən xəbər verir ki, sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb.

Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçiyə 20 milyon manatdan artıq kompensasiya ödənilib.

Xatırladaq ki, fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq "Muğanbank" ASC, "Rabitə Bank" ASC, "Unibank" ASC və "Kapitalbank" ASC seçilib.

Tarix
2016.02.20 / 19:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əsədov Ankarada mühüm iclasda: Protokol imzalandı

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla