Yuxarı

Nazir testin ləğvindən danışdı – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz bilirik ki, bugünkü gündə test imtahanının forması əmək bazarında tələb olunan bir sıra bilik və bacarıqları ölçmə qabiliyyətinə malik deyil.

Axar.az xəbər verir ki, bu sözləri ANS-in "Hesabat" analitik proqramına açıqlamasında Təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun fikrincə, keçirilən imtahanın qısa olması üstünlük, eyni zamanda bir sıra çatışmazlıqları özündə birləşdirir:

"Faktiki olaraq məzunun gələcəyi üç saatlıq bir imtahanda həll olunur və o imtahan ildə bir dəfə keçirilir. İmtahanın bir hissəsi test qaydasında keçirilə bilər, amma bura oxu və yazı vərdişləri də aid olmalıdır. Hazırda bu istiqamətdə TQDK ilə geniş müzakirələr aparırıq. Düşünürəm ki, hər iki qurum bu mövzunu bilir. İmtahanların forma və məzmunlarının dəyişməsi gözləniləndir".

Qeyd edək ki, nazir növbəti iki-üç il ərzində imtahanların gedişində hələ ki hər hansı dəyişikliyin gözlənilmədiyini bildirib.

Tarix
2016.02.22 / 12:20
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla