Yuxarı

Putindən Ərdoğana nüvə hədəsi – İddia

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

1980-ci illərdə baş verən İran-Kontras qalmaqalında böyük payı olan amerikalı məşhur araşdırmaçı jurnalist Robert Parri Türkiyə-Rusiya gərginliyinə münasibət bildirib.

Axar.az xəbər verir ki, jurnalist Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı nüvə silahından istifadə etməklə təhdid etdiyini açıqlayıb:

"Rusiya prezidentinə yaxın bir qaynaq mənə bu barədə məlumat verib. Putin Türkiyə və Səudiyyə Ərəbistanının Suriyaya quru qoşunları yeridəcəyi təqdirdə Moskvanın taktiki nüvə silahından istifadə etməyə hazır olduğunu deyib. Türkiyə NATO üzvü olduğundan belə bir qarşıdurma sürətlə nüvə müharibəsinə çevrilə bilər".

Xatırladaq ki, araşdırmaçı jurnalist özünün Consortiumnews.com saytında 18 fevralda dərc olunan "Əl Qaidə uğrunda nüvə müharibəsinə giririk?" başlıqlı məqaləsində ABŞ-ın Rusiya ilə münasibətlərinə də toxunmuşdu.

Məqalədə Suriya böhranının genişlənərək nüvə müharibəsinə çevrilə biləcəyi qeyd edilib:

"Prezident Barak Obamadan soruşmaq lazımdır ki, ABŞ Türkiyə və Səudiyyə Ərəbistanının Suriyanı işğal etməsinə göz yumacaqmı? Çünki çirkli Suriya müharibəsinin III Dünya savaşına və ya nüvə müharibəsinə çevrilməyəcəyinə heç kim zəmanət verməyib. Türkiyə Suriya sərhədinə yığdığı yüz minlərlə əsgərlə, Səudiyyə Ərəbistanı isə yüksək texnologiyaya sahib hava qüvvələri ilə bunu edə bilər. Lakin Suriyaya hərbi müdaxilədən sonra Rusiya bu ölkədəki 20 minə yaxın hərbi personalını qorumaq üçün qərar vermək məcburiyyətində qalacaq".

Tarix
2016.02.23 / 11:14
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla