Yuxarı

“Bu, bölgəmiz üçün ciddi təhdiddir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev İrana səfərinin iki ölkə arasındakı əlaqələrə müsbət təsir edəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, İRNA agentliyinə açıqlama verən prezident iranlı həmkarı Həsən Ruhani ilə qısa müddət ərzində 4 dəfə görüşdüyünü və bu səfərlərdə siyasi, iqtisadi, mədəni sahələrdə müxtəlif sazişlər imzalandığını diqqətə çatdırıb.

İlham Əliyev Tehran səfərində müxtəlif regional və beynəlxalq məsələlərlə yanaşı, iki ölkə arasındakı siyasi, iqtisadi, mədəni məsələlərin müzakirə ediləcəyini və müxtəlif sazişlər imzalanacağını bildirib:

"İki ölkə arasındakı əlaqələr Azərbaycanın müstəqilliyindən sonra bütün sahələrdə artan xəttlə davam edib. Lakin ticarət həcmi çox aşağıdır və bu mövzuda lazımi tədbirlər görülməlidir. Azərbaycanda investisiya, özəlləşdirmə, daxili və xarici investorlar üçün böyük planlar həyata keçirilir və bu islahatlar sayəsində iranlı investorlar üçün yeni imkanlar yaradılır".

İlham Əliyev qlobal terrorizmlə mübarizə sahəsində dünya ölkələrinin əməkdaşlığının vacib olduğunu vurğulayıb:

"Terrorizm indiki vaxtda dünya ölkələri arasında münasibətləri, regional təhlükəsizliyi təhdid etməkdədir. Terrorizmin inkişafı bütün dünya ölkələri, o cümlədən, bizim bölgəmiz üçün ciddi bir təhdiddir. Afrika, keçmiş Sovetlər Birliyi coğrafiyası, Yaxın Şərqdə terrorizm üzündən milyonlarla adam evini tərk etmək məcburiyyətində qalıb və insani faciə günümüzün bir gerçəyi halında özünü göstərməkdədir".

Tarix
2016.02.23 / 12:36
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla