İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman...
02:15
Ana səhifə Gündəm |
Prezident İlham Əliyev Estoniya Respublikasının Prezidenti Zati-aliləri cənab Toomas Hendrik İlvesə təbrik məktubu göndərib.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
"Hörmətli cənab Prezident,
Estoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Estoniya xalqına daim sülh və firavanlıq diləyirəm", - məktubda qeyd edilir.
Tarix
2016.02.23 / 18:14
|
Müəllif
Axar.az
|