Yuxarı

Sığortasız maşınlar radara düşəcək - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sürücülərin mülki məsuliyyətinin icbari sığortasına nəzarət gücləndirilir. Martın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsinə əsasən, radarlar icbari sığortası olmayan avtomobilləri qeydə alacaq.

Xəzərxəbər-in məlumatına görə, sürücünün mülki məsuliyyətinin icbari sığortasının olub-olmamasına nəzarət gücləndirilir. İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydalar martın 1-dən tətbiq ediləcək.

Hazırkı qaydalara görə, icbari sığortanın mövcudluğunun əsasən bir üsulla müəyyən etmək olur.

Martın 1-dən etibarən isə avtomobillərin icbari sığortasının mövcudluğu həm də texniki vasitələrin köməyi ilə müəyyən ediləcək.

Bu sistemin işə düşməsi üçün icbari sığortalar bürosunun elektron sistemi ilə yol polisinin məlumat sistemi bir-biri ilə əlaqələndirilməlidir.

Hazırkı qaydalara görə, icbari sığorta olmadan nəqliyyat vasitəsinin istifadə edilməsinə görə fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat cərimə edilir. Ekspertlər hesab edir ki, bu qayda sürücülərin məsulyyətini və buna uyğun olaraq icbari sığortalanan avtomobillərin sayını artıracaq. Bu isə qəza hadisələrindən sonra sığortanın yoxluğu ucbatından dəymiş ziyanın ödənilməsində yaşana biləcək problemləri minimuma endirə bilər.

Tarix
2016.02.23 / 23:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla