Yuxarı

Ruhani: "Prezident Əliyevlə belə bir razılığa gəldik"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belə bir ortaq fikrə gəldik ki, regiondakı məsələlərin həllinin yeganə yolu siyasi yoldur. Bu məsələlərin hərbi yolla həllinin perspektivi yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Prezident İlham Əliyevlə birgə mətbuat konfransında bəyanatla çıxış edərkən bildirib.

"Bu səfər İrana qarşı nüvə sanksiyalarının aradan qaldırılması və bu barədə razılaşmanın icra olunmasına başlanmasından sonraya təsadüf edir. Bu da iki ölkə arasında münasibətlərin daha geniş spektrdə inkişaf etməsinə səbəb olacaqdır. İki ölkə arasında müştərək iqtisadi komissiyanın son iki ildəki fəaliyyəti bizi çox sevindirir. Onların gərgin əməyinin nəticəsidir ki, bu gün iki ölkə arasında on bir sənəd imzalanır. Bu sənədlərin imzalanması ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir.

Biz bu gün keçirdiyimiz həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrə aid məsələləri bir daha nəzərdən keçirdik. Həmin görüşlərdə iki ölkə arasında tranzit daşımaları, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq sahəsində fikir mübadiləsi apardıq. Eyni zamanda, biz 2016-cı ilin sonunadək Astara-Astara dəmir yolu xəttinin birləşdirilməsi barədə razılığa gəldik ki, bu da iki ölkənin iqtisadi münasibətlərində yeni bir səhifənin açılmasına səbəb olacaqdır.

Biz ölkələrimiz arasında energetika və neft-qaz sahələrində əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi apardıq. Biz Xəzər dənizinin enerji ehtiyatlarından birgə istifadə barədə fikir mübadiləsi etdik. Biz, həmçinin iki ölkə arasında bank və sığorta sahəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirdik. Eyni zamanda, Araz, Ənzəli və Maku azad iqtisadi-ticarət zonalarında birgə fəaliyyət ilə bağlı fikir mübadiləsi apardıq. Biz iki ölkə arasında siyasi, iqtisadi münasibətlərin inkişafı ilə yanaşı, xalqlarımızın gediş-gəlişinin asanlaşdırılması, ölkələrimizin elmi mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən mədəniyyət sahəsində əlaqələrin daha da dərinləşdirilməsi məsələlərini müzakirə etdik. Biz xalqlarımızın gediş-gəlişinin asanlaşdırılması istiqamətində fikir mübadiləsi çərçivəsində, o cümlədən dəniz nəqliyyatı ilə də get-gəlin artırılması barədə ətraflı söhbət etdik.

Biz, eyni zamanda, dini və məzhəb sahəsində əməkdaşlıq barədə ətraflı danışdıq. Hazırda dünyada və regionda baş qaldırmış islamofobiyaya qarşı birgə əməkdaşlıq haqqında fikirlərimizi paylaşdıq, o cümlədən bu sahədə birgə fəaliyyət planı qurmağı razılaşdırdıq. İslam dininin rəhman və bağışlayan bir din olduğunu, ondan qorxmaq lazım olmadığını birlikdə bəyan etmək barədə düşüncələrimizi paylaşdıq.

Regionda baş verən məlum hadisələr və terrorizm təhlükəsi ilə bağlı iki ölkənin təhlükəsizlik və kəşfiyyat sahəsində bir-biri ilə əməkdaşlıq etməsi, informasiya mübadiləsi aparması barədə razılığa gəldik. Regionda baş verən məlum hadisələr, eyni zamanda, Suriya məsələsi ilə bağlı ortaq fikirləri paylaşdıq, o cümlədən aidiyyəti qurumların bu məsələlər ilə əlaqədar mütəmadi olaraq məsləhətləşmələr keçirmələrinə dair ortaq razılığa gəldik. Biz, o cümlədən belə bir ortaq fikrə gəldik ki, regiondakı məsələlərin həllinin yeganə yolu siyasi yoldur. Bu məsələlərin hərbi yolla həllinin perspektivi yoxdur.

Biz bugünkü görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, iki ölkənin üçtərəfli formatda əməkdaşlıq məsələlərini də müzakirə etdik. Bu formatlara daxildir: İran-Türkmənistan-Azərbaycan, İran-Azərbaycan-Rusiya, İran-Azərbaycan-Gürcüstan və İran-Azərbaycan-Türkiyə", - Ruhani qeyd edib.

Tarix
2016.02.23 / 23:33
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla