Yuxarı

Öcalandan Gülən haqda şok sözlər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün səylərimə baxmayaraq, hörmətli Ərdoğanı Gülən camaatından uzaqlaşdıra bilmədik.

Axar.az-ın xəbərinə görə, bu sözləri PKK lideri Abdullah Öcalan deyib.

2013-cü ildə HDP-nın İmralıya gedən heyətinin Öcalanla etdiyi söhbətdən sonra çap olunan "Demokratik qurtuluş və azad həyat" adlı kitabdan seçmələrin növbəti hissəsi mətbuatda tirajlanıb.

Sözügedən kitabda əksini tapan PKK liderinin sözlərinə görə, Fətullah Gülən camaatı baş naziri bütünlüklə özünə bağlayıb: "Gülən əfəndi Xomeyni kimi Ankaraya gəlsəydi, İrandakı vəziyyət təkrarlanacaq və bütün müxalifəti məhv edən faşizm başlayacaqdı. Gülən camaatının mərkəzi ABŞ-dır.

Mənə görə, Fətullah bədbəxt adamdır. Mən bura (İmralı həbsxanasını nəzərdə tutur – red.) salınandan Gülən də ABŞ-da saxlanılır. Nur hərəkatını incələyin. Səid Nursi qədim Nurs kəndindəndir. Bu, köhnə erməni kəndidir. Gülən 120 dövlətdə məktəb açıb. Bu pullar haradan gəlir?"

Xatırladaq ki, 2013-cü il 17 dekabrdan Ərdoğan dövlətin içinə sızan "paralel yapı"ya (Gülən camaatının dövlət içində dövlət yaratması) qarşı mübarizəyə start verib.

Tarix
2016.02.24 / 12:55
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla