Yuxarı

Sənətdə buz dövrü: Onlara nə oldu? - Sorğu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ XIX əsrdə Viktor Hüqoyla başlayan Fransa ədəbi mühiti və sənətin bütün sahələrində romantizmin tam şəkillənməsi, Beliniski ilə başlayan rus ədəbi mühiti və natural məktəbin formalaşması sənət tarixinin qızıl dövrü kimi yadda qalıb.

Ötən əsrdə isə ədəbiyyat adamları ilə film, teatr və musiqi sektorunda çalışan sənət adamları arasında yaxın ünsiyyət və bunun nəticəsi kimi, ortaya çıxan maraqlı filmlər, tamaşalar, musiqilər. İndi isə mədəniyyətin müxtəlif sahələrində fəaliyyət göstərən sənətçilər arasında yadlaşma yaranıb. Heç kim heç kimi tanımır. Necə deyərlər, heç kim heç kimin kitabını oxumur. Səbəb nədir?

Axar.az bu sualla aktyor və aktrisalara müraciət edib.

Xalq artisti Firəngiz Mütəllimova xalq yazıçıları ilə münasibətdə olduğunu dedi, ancaq:

"Bu haqda dəqiq bir şey deyə bilmərəm. Amma o vaxtlar mənim Nəbi Xəzri və İlyas Əfəndiyevlə çox yaxşı münasibətim var idi. İndi gənclərlə olmasa da, Anar müəllimlə, Elçin Əfəndiyevlə münasibətim var. Düzdür, o vaxt yazıçılarla ədəbiyyat adamları arasında hər şey tamam başqa cür idi. İlyas Əfəndiyev bizim hər bir işimizlə maraqlanır, hətta mənim ev almağımla bağlı Mərkəzi Komitəyə qədər gedib çıxmışdı. O, həmişə istəyirdi ki, aktyorlar, aktrisalar yalnız sənətlərini düşünsünlər, onların başqa problemləri olmasın. Elə dəqiqliyi ilə yazırdı ki, hətta bir dəfə məni qəsdən ağlatmışdı. Sonra demişdi ki, istədim səni ağladım, görüm qadın belə hiss keçirəndə necə ağlayır. Mənim tanıdıqlarım arasında bu günə kimi teatra ən çox bağlı olan adam İlyas Əfəndiyev idi".

Əməkdar artist Mehriban Xanlarova problemin kökünü sənətkarlarda görür:

"O vaxtın aktyor, aktrisaları ilə indinin ədəbiyyat adamları arasında çox fərq var. Vaqif Səmədoğlular, Anarlar indi yoxdur. Necə ki, Hökümə Qurbanovadan, Nəcibə Məlikovadan bir daha olmayacaq. Ona görə düşünürəm ki, səbəb insanların dəyişməsidir. Ədəbiyyat adamlarından heç kimlə dostluq etmirəm".

Əməkdar artist Hüsniyyə Mürvətova şair Cəlil Cavanşirlə dostluq münasibətində olduğunu dedi:

"Məncə, elə indi də aktyorlar, teatrlar ədəbiyyat adamlarının əsərlərinə müraciət edirlər. O ki qaldı dostluğa, şair Cəlil Cavanşirlə dostluq münasibətlərim var. Cəlil həmişə deyir ki, məni tanıdan Hüsniyyə oldu. Mən onun əsərlərini bəyəndiyim üçün həmişə səsləndirirəm".

Əməkdar artist Tahir İmanov hələ ki hər hansı ədəbiyyat adamı ilə işbirliyi qurmadığını bildirdi:

"Düşünürəm ki, teatrlarda qoyulan tamaşalarda bu günlə dünən arasında o qədər də böyük bir fərq yoxdur. Ötən ilin son ayında Akademik Milli Dram Teatrında Fuad Poladovun ifasında bir tamaşaya getmişdim. Çox bəyəndim. O ki qaldı hansısa ədəbiyyat adamı ilə işbirliyinə, təəssüf ki, elə bir durum yoxdur. Amma təklif olsa, biz bunu dəyərləndirərik".

Aktyor Azər Baxışəliyev isə problemi məhz yazıçılarda görür:

"Yəqin ki problem müasir yazıçılardadır. Çünki hal-hazırda kifayət qədər istedadlı cavan rejissorlarımız, aktyorlarımız var. Amma hamısı maraqlı ssenarinin olmadığından şikayətlənirlər. Şəxsən mən ancaq komediya janrında işlədiyimə görə hər hansı bir ədəbiyyat adamına elə də ehtiyacım yoxdur. Amma dram çəkən rejissorlar çox çətinlik yaşayırlar. Ümid edirəm ki, yazıçılarımız bir az pafoslarını azaldıb, maraqlı əsərlər yazsalar, rejissorlar da onlardan istifadə edəcəklər".

Tarix
2016.02.27 / 22:00
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla