Yuxarı

Neonatoloqdan mühüm təklif

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda özəl klinikaların doğuşayardım xidmətin təşkili üzrə səviyyələrə bölünməsi məqsədəuyğun olardı.

Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov deyib.

R.Hüseynov bildirib ki, Azərbaycanda dövlət doğuşayardım müəssisələri kimi, özəl klinikaların da doğuşayardım xidmətin təşkili üzrə səviyyələrə bölünməsi və bununla bağlı sistemin yaradılması məntiqə uyğun olardı.

Onun sözlərinə görə, Azərbaycanda dövlət doğuşayardım müəssisələri 1, 2 və 3-cü səviyyələrə bölünüb. I səviyyəli doğuşayardım müəssisələrinə əsasən fizioloji hamiləliyi olan, sağlam, hamiləliyi fəsadsız keçən qadınlar qəbul edilir. II səviyyəli doğuşayardım müəssisələri 34-37-ci həftələrdə və orta ağır fəsadları olan, III səviyyəli doğuşayardım müəssisələri isə hamiləliyin 34-cü həftəsindən aşağı olan, əsasən ciddi mamalıq və ya ekstragenital patologiyası olan hamilələr üçün nəzərdə tutulur.

R.Hüseynov qeyd edib ki, ekstremal (500-1000 qram), çox az çəki (1000-1500 qram) və az çəki ilə (1500-2500 qram) doğulan uşaqlara qulluq üçün müasir texnologiyalar, tibbi ləvazimatlar, avadanlıqlar, xüsusi dərmanlar tələb olunur.

Azərbaycanda bütün dövlət doğuşayardım müəssisələrinin səviyyələrinə uyğun olaraq, tələb olunan bu şəraitin yaradıldığını deyən baş neonatoloq doğuş xidməti göstərən özəl klinikalarda da belə şəraitin yaradılmasını vacib sayıb.

Onun sözlərinə görə, hazırda Azərbaycanda yalnız bir neçə özəl klinika yeni doğulmuş körpəyə tibbi yardımı tam həcmdə təşkil edə bilir. Qalan özəl klinikalarda isə yeni doğulmuş körpələrə qulluq üzrə tibbi xidmətlər istənilən səviyyədə təşkil edilməyib: "Bütün dünyada belə reallıq var ki, doğuş zamanı müəyyən risklər ola bilər. Sağlam qadının da doğuşunda hansısa fəsadlar yarana, onun uşağı ağır, orta ağır vəziyyətdə doğula bilər. Vaxtından əvvəl doğulan uşaqlara isə xüsusi yardımın göstərilməsi tələb olunur. Belə uşaqlara qulluq üçün xüsusi şəraitin yaradılması lazımdır. Buna görə də həmin özəl klinikalar problemlə üzləşəndə - ekstremal, az çəkili uşaq doğulanda onları dövlət tibb müəssisələrinə göndərməyə məcbur olur. Bu səbəbdən özəl klinikalar da təsadüfən belə doğuşları olanda bunu qəbul etməyə və uşaqlara qulluq etməyə hazır olmalıdırlar".

Azərbaycanda vaxtından əvvəl doğulmuş çox az çəkili körpələrə qayğının Səhiyyə Nazirliyinin daim diqqət mərkəzində olduğunu deyən R.Hüseynov əlavə edib ki, ölkədə neonatal qayğı üzrə xidmət səviyyəsinin artırılması istiqamətində genişmiqyaslı, köklü islahatlar aparılıb. Bu islahatlar çərçivəsində Azərbaycanda 7 regional perinatal mərkəz yaradılıb, onların maddi-texniki bazası gücləndirilib, yeni perinatal konsepsiya, "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı" qəbul edilib ki, bu da neonatoloji xidmətin inkişafına töhfə verir.

Tarix
2016.02.28 / 18:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla