Yuxarı

Hyuston Xocalı qurbanlarını andı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 27-də Hyuston şəhərində yerləşən Azərbaycan Mərkəzində Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası tərəfindən Xocalı qətliamının 24-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.

AzərTac xəbər verir ki, tədbirdə Hyustondakı Azərbaycan icmasının nümayəndələri, akademik dairələrin təmsilçiləri, Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları, "ADA" Universitetinin tələbələri, Türkiyənin və Yunanıstanın bu şəhərdəki konsulları iştirak ediblər.

Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının idarə heyətinin üzvü Fərid Məmmədov mərasimi açaraq 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri tərəfindən törədilmiş qətliam barədə məlumat verib. "Human Rights Watch" təşkilatının bu faciəni regionda baş vermiş ən böyük kütləvi qırğın adlandırdığı qeyd olunub. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov Xocalıda baş vermiş dəhşətli hadisələrdən danışıb. O, insanlığa qarşı törədilən bu kimi cinayətlərin cəzasız qalmamasının zəruriliyini vurğulayıb. Bildirilib ki, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb, torpaqlarının 20 faizi işğal olunub, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. O, ABŞ-da yaşayan hər bir həmvətənimizi erməni yalanını ifşa etməkdə və Qarabağ həqiqətlərini bu ölkənin ictimaiyyətinə çatdırmaqda fəal olmağa çağırıb.

Türkiyənin Hyuston şəhərindəki konsulu Fərhat Alkan türk xalqının daim qardaş Azərbaycanın yanında olacağını və ona dəstək verəcəyini bildirib.

Daha sonra Hyustonun Azərbaycan icmasının üzvü Sona Məmmədova faciəyə həsr etdiyi şeirini oxuyub.

Tədbirdə iştirak edən ABŞ Konqresinin üzvü Əl Qrinin və Texas ştatının senatoru Rodni Ellisin nümayəndələri Azərbaycan Mərkəzinə Xocalı qətliamının qurbanlarını yad edən sertifikatlar təqdim ediblər. Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti və bu şəhərdə yerləşən Azərbaycan Mərkəzinin icraçı direktoru İradə Axundova Xocalı qırğınının Azərbaycan tarixin ağrılı səhifəsi olduğunu deyib. O, faciə haqqında məlumatlandırma kampaniyalarında iştirak edən icma üzvlərinə və təşkilatlarına minnətdarlığını bildirib.

Tarix
2016.02.28 / 23:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla