Yuxarı

"Qohumluq etmək istəyən sərçələr..." - Miras davası

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum xalq artisti İlhamə Quliyevanın mirası ətrafında söz-söhbət səngimək bilmir.

Bu dəfə aparıcı Sərxan Kərəmoğlu sosial şəbəkədə mövzu ilə bağlı iddialı açıqlama verib.

Oxu.az xəbər verir ki, o, müğənni Əli Mirəliyevin varisliklə əlaqədar mediaya verdiyi müsahibələrə belə münasibət bildirib:

"Əli bəy, siz ortaya hardan çıxdınız heç bilmirəm, bilmək də istəmirəm. İlhamə ölən gecəsi qızınız Samirəni tanıdım. Çox savadlı və xanım bir qızdır. Mən hər birinizə sual verirəm: Azərbaycanlı olan bir şəhid anası erməni kafirini nə vaxtsa, bağışlayar? Yox... Bax İlhamə də səni (Əli Mirəliyevi – red.) ömür boyu bağışlamaz və yaxınına buraxmazdı. Hamını gic yerinə qoya bilərsən, amma İlhaməni yaxından tanıyanları yox. Təbii ki, İlhamənin tək varisi Orxandır, başqası da ola bilməz. Çünki bütün həyatını İlhaməyə həsr edən bircə oğludur. O ki qaldı Orxanın sənədləşmə və İlhamənin adına keçməsinə siz də gözəl bilirsiniz ki, bu çox çətin bir prosesdir. Sənədlər üçün ora-bura getməli olduğuna görə İlhamə bunu edə bilmədi. İlhamənin dostları və sənətdə olanlar bilir ki, Orxan və varis kimdir.

Son illərdə 73 yaşlı qocalmış adamın ürəyiə hər kəs yol tapa, özlərini dost adlandıra bilər. Hər kəsə səslənirəm: Kimsə ortaya düşüb xalalıq etməsin. İlhamənin bütün sirrini məndən başqa heç kim bilə bilməz. Susub oturmağım günah olar deyə yazdım. Bir də ki, İlhamənin dəfninə getməməyimi o və mən bilərəm. Bizim aramızda danışıq olmuşdu, özünə demişdim ki, sən öləndə dəfnə gəlməyəcəm. Əgər mən ölsəm, sən gəlmə. Bütün qohumluq etmək istəyən sərçələr, oturun oturduğunuz yerdə. Əli Mirəliyev isə sənəti ilə məşğul olsun. İlhamə ilə gündəmi zəbt edib, camaatın başını xarab etməsin".

Tarix
2016.03.03 / 01:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla