Yuxarı

Prezident başçını bu hərəkətinə görə çıxardı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyevin işdən kənarlaşdırılmasının səbəbi haqda məlumat yayılıb.


Axar.az xəbər verir ki, bu ilin yanvar ayının 13-ü, axşam saatlarında Biləsuvarda Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə görüş zamanı Mahmud Quliyevin qaçqınları təhqir etdiyini təsdiqləyən video onun vəzifədən çıxarılmasına əsas verib. Videodan da görünür ki, başçı sakinlərlə heç də etik çərçivədə rəftar etmir.

Prezident Administrasiyası rəhbərinin müavini, Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev də bu gün Prezident sərəncamı ilə bağlı açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son müşavirədə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında mühüm tələblər qoyub və qeyd edib ki, onlar insanlara xidmət göstərməli, əhalinin problemlərini həll etməli, qayğıları ilə yaşamalıdırlar, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalı, xalqla birlikdə olmalıdırlar, məhz bu amillərə görə onların fəaliyyətlərinə qiymət veriləcəkdir.

Zeynal Nağdəliyev həm də qeyd edib ki, vəzifədən çıxarılan icra başçıları öz fəaliyyətlərini cənab Prezidentin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməyib, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərib, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayon icra başçısı Mahmud Quliyev və Laçın rayon icra başçısı Akif Səlimov işdən azad edilib.

Tarix
2016.03.03 / 22:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla