Yuxarı

Millət vəkili bəzi partiyaları xəyanətdə suçladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının icra katibini müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkədəki bəzi partiyaları dövlətə xəyanətdə və maliyyə fırıldaqlığında ittiham edib.

APA-nın məlumatına görə, S. Novruzov Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, ötən dəfə "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişiklik edilərkən dövlət büdcəsindən maliyyələşən siyasi partiyaların - o cümlədən onların topladığı ianə və üzvlük haqları, dövlət büdcəsindən maliyyələşməyən siyasi partiyaların ianə və üzvlük haqları haqqında qanuna uyğun olaraq, Mərkəzi Seçki Komissiyasına hesabat verməsi nəzərdə tutulub: "Bu, MSK-nın veb-saytında da yerləşdirilir ki, istər ictimaiyyət, istərsə də o təşkilatların üzvləri nə qədər vəsait toplandığı, nə qədər ödənildiyini, gəlirlərin hara sərf olunduğunu bilsinlər".

Onun sözlərinə görə, qanun qəbul olunmazdan əvvəl də Yeni Azərbaycan Partiyası ildə bir dəfə bu hesabatı ictimaiyyətə təqdim edib. Partiyanın İdarə Heyəti gəlir və xərcləri mətbuat orqanlarında dərc olunub: "Təəssüf ki, bir sıra özünü müxalifət partiyası adlandıran, lakin müxalifətçilik yox, dövlətə və millətə qarşı müxalifətçilik edən qruplar bu gün maliyyə hesabatı verməkdən boyun qaçırır. Onlara qarşı cərimələr müəyyənləşməlidir".

Deputat deyib ki, bir sıra partiyalar maliyyə dövriyyələrinin olmadığını göstərmək üçün bir vərəq ağ kağız göndərir: " Ancaq qərargahlarında onlarla insan çalışır, özlərinin cangüdənləri var, bahalı maşınlarda gəzirlər və hesabat verməkdən boyun qaçırırlar. Çünki hesabatları şəffaf deyil. Xaricdə bəzi qüvvələr tərəfindən maliyyələşirlər. Qarşılarına qoyulan məqsəd Azərbaycanda ictimai-siyasi asayişi pozmaq, ölkə əleyhinə təbliğat aparmaq, böhtan atmaqdır. Xarici ölkələrdən, hətta erməni lobbisindən maliyyə almaqdan çəkinmirlər".

Tarix
2016.03.04 / 17:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla