Yuxarı

Nardaranda hərəkət məhdudlaşdırılır - Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayonu Nardaran qəsəbəsində aparılan abadlıq-quruculuq işləri çərçivəsində yeni su-kanalizasiya xətlərinin çəkilişi ilə əlaqədar olaraq, 5 mart 2016-cı il tarixindən Abşeron küçəsinin Maştağa-Bilgəh avtomobil yolu ilə kəsişməsində qazıntı işləri aparılacaq.

Axar.az "Azəryolservis" ASC-nə istinadən xəbər verir ki, işlər 3 gün müddətində davam edəcək. İşlərin aparılacağı müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Yəni qazıntı işləri bir hərəkət istiqaməti üzrə aparılıb yekunlaşdırıldıqdan sonra digər hərəkət istiqaməti üzrə davam etdiriləcək. Bu zaman işlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılaraq və əks istiqamət üzrə hər iki tərəfə avtonəqliyyat vasitələrinin hərəkəti təmin olunacaq.

Abşeron küçəsinin Maştağa-Bilgəh avtomobil yolu ilə kəsişməsində sıxlığın yaranmaması üçün sürücülərdən alternativ yollardan istifadə etməkləri tövsiyə olunur.

Tarix
2016.03.04 / 19:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla